Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 03:51

'Azadlıq'ın müxbirinin həbsindən şikayət verilib


Jurnalist Ziya Əsədli, "Azadlıq" qəzetinin bölgə müxbiri, Azərbaycan, Biləsuvar

"Azadlıq" qəzetinin bölgə müxbiri Ziya Əsədlinin 3 il azadlıqdan məhrum edilməsindən apellyasiya şikayəti verilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov Z.Əsədlinin yaxınları ilə onun müdafiəsi ilə bağlı müqavilə bağladığını bildirib.

“Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Z.Əsədlinin xuliqanlıqda ittiham olunaraq 3 il azadlıqdan məhrum edilməsi qanunsuzdur. İlkin olaraq Şirvan Apellyasiya Məhkəməsinə şikayət göndərdim”, vəkil bildirib.

O, yaxın günlərdə jurnalistlə görüşəcəyini, müdafiə məsələlərini müzakirə edəcəyini bildirib.

Xatırlatma

”Azadlıq” qəzeti-nin bölgə müxbiri Ziya Əsədli sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Həbs olayının detalları ilə bağlı indiyədək Ziya Əsədlinin həmyerlisi, ictimai fəal Yusif Mehdixanlı məlumat yayıb. Onun deməsinə görə, həbs jurnalistin Biləsuvardakı çayxanalardan birində üzləşdiyi insidentlə bağlı olub.

"Çayçı onun yanına gəlib deyib ki, çıx get burdan. O isə etiraz edib. Bildirib ki, bura çayxanadır, ictimai yerdir, çay içməyə gəlib. Telefonla danışırmış. Çayçı telefonu əlindən alıb yerə çırpıb. Ancaq çayçı məhkəmədə fərqli ifadə verdi. O dedi ki, Ziya Əsədli güyatelefonu onun başına vurub”, o, demişdi.

Yüsif Mehdixanlı bildirmişdi ki, hələ bir müddət öncə yazılarına görə, jurnalistə “torba tikiləcəyi” ilə bağlı xəbərdarlıq edib. O isə yazılarına davam edib.

Ziya Əsədliyə CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib. Məhkəmə ona 3 il həbs cəzası verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG