Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 17:34

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir


Vaslav Havel

Azad Avropa/Azadlıq Radioları Korporasiyası 2020-2021-ci ilin Vaslav Havel - Jurnalistika üzrə Təqaüd Proqramını elan edir.

Təqaüd proqramının məqsədi öz ölkələrində azadlığı məhdudlaşan, bu üzdən peşə fəaliyyətində çətinlik yaranan jurnalistlərə dəstək olmaqdır.

Təqaüd proqramı Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Rusiya Federasiyasından ərizələrə açıqdır.

Onun müddəti 8 aya yaxındır. Seçilmiş təqaüdçülər radionun Praqada yerləşən baş ofisində, dil xidmətlərində yer alır. Onlara təlimlər keçirilir, Azad Avropa/Azadlıq Radiolarının təcrübəli jurnalistləri ilə birlikdə işləmək imkanı qazanırlar.

Vaslav Havel - Jurnalistika üzrə Təqaüd Proqramı haqda ətraflı burada tanış ola bilərsiniz.

Müraciət ərizələri ingilis dilində doldurulmalıdır. Son tarix 2020-ci il avqustun 11-dir.

Sən də MÜRACİƏT ET

XS
SM
MD
LG