Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 08:52

Nazir: 'İslamiadada 3 milyon manatlıq bilet satılıb'


Azad Rəhimov

“IV İslam Həmrəyliyi Oyunları bəlkə də 2016-cı ildə Rio-de-Janero-da təşkil edilən Olimpiya Oyunlarından daha yüksək səviyyədə keçirilib”.

Bakıda keçirilmiş İslamiadanın yekunları ilə bağlı mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov belə deyib.

Nazir oyunların yüksək səviyyədə təşkil olunmasından danışıb.

Azərbaycan idmançılarının iştirakının qüsursuz olduğunu vurğulayan nazir əlavə edib ki, yarışların keçirildiyi 16 idman obyektində hər hansı problem yaşanmayıb.

Buna da bax:​ Prezident qalib idmançılarla görüşüb [yenilənib]

Yay Olimpiya Oyunları iddiası...

İslamiadanın gəlirlərinə gəlincə, nazir bilet satışı barədə bilgi verib. Onun sözlərinə görə, bilet satışından 3 milyon manata yaxın gəlir əldə edilib.

Mətbuat konfransında gələcək idman yarışları ideyaları haqda da danışılıb.

A.Rəhimov 2024-cü ildə Yay Olimpiya Oyunlarının keçiriləcəyini xatırladıb. Ancaq Azərbaycanın bu yarışa iddia etmədiyini ifadə edib. Bununla belə, nazir 2028-ci ildə Yay Olimpiya Oyunlarına Azərbaycanın iddia edə biləcəyini bildirib.

Mətbuat konfransında iştirak edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bundan sonra Yay Olimpiya Oyunlarını bir neçə ölkənin birgə keçirə biləcəyini bildirib.

Buna da bax:​ M.Əliyeva: 'Azərbaycan idmançıları, sizin fədakarlığınız...'

Onun sözlərinə görə, ola bilsin ki, gələcəkdə Türkiyə və Azərbaycan olimpiadaya birgə ev sahibliyi etməyə iddia etsinlər.

Ancaq IV İslam Həmrəyliyi Oyunlarının xərcləri açıqlanmayıb.

Nazir deyib ki, açılış və bağlanış mərasiminə 20 milyon dolların ayrılması nəzərdə tutulurdu. Hələlik, xərclər dəqiq hesablanmayıb.

Bu ilin dövlət büdcəsində beynəlxalq idman oyunlarının təşkilinə 317 milyon manat ayrıldığı bildirilir.

Buna da bax: Azərbaycan İslamiada-nın qalibi oldu

Bu il mayın 12-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Medal sıralamasında Azərbaycan birinci yeri tutub.

Yarışmada 54 ölkədən 3 mindən çox idmançı iştirak edib. Azərbaycanı oyunlarda 425 atlet təmsil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG