Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:20

AXCP fəalının həbs qərarı qüvvədə qalıb


Nicat Nizamov
Nicat Nizamov

Şənbə günü - 14 yanvar, məhkəmələrin iş günü olmasa da, Nicat Nizamovun işinə tələsik baxılması onun vəkilini də təəccübləndirib.

Yanvarın 14-də Bakı Apellyasiya Məhkəməsində AXCP fəalı Nicat Nizamovun həbs qərarından verilən şikayətə baxılıb. Bu haqda AzadlıqRadiosuna cəbhəçi gəncin vəkili Əsabəli Mustafayev məlumat verib.

Şənbə günü (14 yanvar) məhkəmələrin iş günü olmasa da, Nicat Nizamovun işinə tələsik baxılması onun vəkilini də təəccübləndirib.

Məhkəmə apellyasiya şikayətini təmin etməyib və Nicat Nizamova 10 sutka inzibati həbs cəzası verilməsi barədə Suraxanı Rayon Məhkəməsinin yanvarın 10-da çıxardığı qərar qüvvədə saxlanılıb.

“Avropa Məhkəməsinə göndərilən şikayətlərin biri də artdı”

Məhkəmədə Nicat Nizamovun özünün də iştirak etdiyini deyən vəkil qərarı alandan sonra gənc fəalın həbsindən Avropa Məhkəməsinə şikayət göndərəcəyini bildirib: “İndiyəqədərki təcrübəni nəzərə alaraq, qərarın qüvvədə saxlanılacağını gözləyirdik. Yəni qeyri-adi bir şey baş vermədi. Sadəcə, Avropa Məhkəməsinə göndərilən şikayətlərin biri də artdı”.

Nicat Nizamov yanvarın 9-da yaşadığı evdən Suraxanı Rayon Polis İdarəsinin 30 saylı bölməsinə aparılıb. Onun niyə saxlanıldığı haqda yaxınlarına, partiya yoldaşlarına uzun müddət heç bir məlumat verilməyib.

Yanvarın 10-da AXCP fəalı ictimai qaydanı pozmaqda suçlanaraq, hakim önünə çıxarılıb.

Nicat Nizamov məhkəmədə bu ittihamı yalanlayıb

AXCP də üzvünün sosial şəbəkələrdə tənqidi statuslarına görə cəzalandırıldığı qənaətindədir.

Hazırda bu partiyanın 10-dan çox üzvü həbsdədir. AXCP onların siyasi sifarişlə həbs edildiyini bildirib. Hakimiyyət ölkədə siyasi məhbusların varlığını qəbul etmir və deyir ki, həmin şəxslər törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG