Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 09:33

Avropa Məhkəməsi hökuməti 82 min avro cərimələdi


AİHM

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, aprelin 6-da Azərbaycandan göndərilmiş 11 şikayət üzrə qərarını elan edib. Məhkəmə bütün şikayətlərdə ərizəçilərin hüquqlarının pozulduğu düşüncəsinə gəlib.

Bu haqda məhkəmənin press-relizində bildirilir.

AİHM-ə şikayət göndərənlər jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl, siyasi fəallar Səxavət Mehdiyev, Azər Sadıqov, Osman Əhmədov, Tuncay Quliyev, Tural Sadıqlı, Cavid Hacıbəyli, Kəmalə Xəlilova, Orxan Əyyubzadə, Vüsal Bayramov və Cavid Qarayev olub.

Onlar öz şikayətlərində Avropa Konvensiyasının 11-ci (Sərbəst toplaşmaq azadlığı), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 5-ci (Azadlıq hüququ) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu bildiriblər.

Məhkəmə, doğrudan da, şikayətçilərin qeyd olunan hüquqlarının pozulduğu qənaətinə gəlib.

Məhkəmə həmçinin, Azərbaycan dövlətinin şikayətçilərə təzminat ödəməsinə qərar verib. Qərarda bildirilir ki, hökumət X.İsmayıla ona dəyən zərərə görə ümumilikdə 8 min avro təzminat ödəməlidir. Şikayətçilərdən C.Qarayevə isə 6 min avro məbləğində təzminat verilməlidir.

Siyasi fəallardan S.Mehdiyev, A.Sadıqov və O.Əhmədova 6 min 480 avro, T.Quliyev, T.Sadıqlı, C.Hacıbəyli, K.Xəlilova və O.Əyyubzadənin hər birinə isə 6 min avro ödənilməlidir. Onlara, əlavə olaraq, hüquq məsrəflərinə görə 9 min 400 avro da verilməlidir.

Məhkəmə digər şikayətçi V.Bayramova isə 8 min 850 avro təzminat təyin edib.

Təzminatların ümumi məbləği 81 min 690 min avrodur.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları elan edildikdən 3 ay sonra qüvvəyə minir. Qərarlarla razılaşmazsa, hökumət həmin zaman çərçivəsində AİHM-ə şikayət edə bilər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG