Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:06

Avropa Məhkəməsi hökumətə suallar göndərdi


Avropa İnsan Haqları Məhkəməsi, Strasburq

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən daha 7 şikayəti araşdırmağa başlayıb.

Həmin şikayətlər mülkiyyət və sərbəst hərəkət etmək hüququnun pozulması iddiaları ilə bağlıdır.

Bu haqda AİHM-in saytı məlumat verir.

Məlumatda qeyd edilir ki, məhkəmə şikayətlərlə bağlı Azərbaycan hökumətinə aydınlaşdırıcı suallar göndərib.

Suaların detalları açıqlanmır.

Evləri sökülənlərin şikayəti

Məhkəmənin araşdırdığı 6 şikayətdə mülkiyyət hüququnun pozuntusu mübahisələndirilib.

Şikayətçilər Zülfiyyə Əliyeva, Nazilə Məmmədova, Svetlana Fyodorova, Turan Əliyev, Güteyis Hüseynova və Tatyana Muratova Bakının mərkəsi hissəsində yaşayıblar. Onların bəzilərinin mərkəzdə ticarət obyektləri də olub. Həmin şəxslərin mülkiyyətində olan mənzil və ticarət obyektləri bir neçə il əvvəl sökülüb.

Buna da bax: AŞPA məruzəçisi Fikrət Hüseynli ilə bağlı narahatlıq bildirib

Şikayətçilərə hər kvadrat metrə görə, 1500 manat ödənilib. Ancaq onlar iddia edirlər ki, qanunvericilik qeyd olunan məbləğin 30 faizi miqdarında əlavə təzminatın ödənilməsini də nəzərdə tutur. Baki şəhər İcra Hakimiyyəti həmin məbləği ödəməyib.

Şikayətçilərin bununla bağlı yerli instansiyalara müraciətləri faydasız olub, iddia etdikləri məbləği ala bilməyiblər.

6 şikayətçi iddia edir ki, dövlət onların Avropa Konvensiyasının 1 saylı əlavə protokolun 1-ci maddəsində (Mülkiyyət hüququ) və 14-cü maddədə (Ayrı-seçkiliyin qadağan olunması) nəzərdə tutulan hüquqlarını pozub.

Buna da bax: Azərbaycan Avropa Şurasından qovulur ya özü çıxır?

Bazardüzü dağına buraxılmayan vətəndaşın şikayəti

AİHM-in araşdırdığı digər məslədə isə şikayətçi idda edir ki, onun Şahdağ Milli Parkına daxil olmasına qadağa qoyulub.

Şəfəq Əmrahova şikayətinə görə, 2013-cü ildə adıçəkilən parkın daxilində olan Bazardüzü dağına çıxmaq istəyib. Bundan ötrüpark rəhbərliyinə müraciət edib. Deməsinə görə, rəhbərlik isə buna icazə verməyib.

Şikayətdə vurğulanır ki,Ş.Əhmədova bundan sonra əlaqəli dövlət qurumlarına müraciət edib, park rəhbərliyinin qərarının ləğv edilməsini istəyib.

Verilən şikayətə görə, park rəhbərliyi buna cavabsız qalmayıb, yeni qərar verib, Ş.Əmrahovanın üç il boyunca parka girməsinə qadağa qoyub.

Ş.Əmrahova yerli məhkəmələrə də müraciət edib. Ancaq bütün məhkəmə instansiyaları onu haqsız hesab edib.

Şikayətçini AİHM-də hüquqşunas Anar Məmişov təmsil edir. Məhkəmədən tələb edilir ki, şikayətçinin Avropa Konvensiyasının 4 saylı Protokolun 2-ci maddəsində (hərəkət etmək azadlığı) nəzərdə tutulan hüququnun pozuntusunu tanısın və dəymiş zərərə görə kompensasiya verilsin.

AİHM-in buqeyd edilən 7 şikayət üzrə hökumətəgöndərdiyi suallara2 ay içində cavab verilməlidir.

Xatırlatma

Ötən il Azərbaycandan AİHM-ə 333 şikayət göndərilib.Həmin il Azərbaycanla bağlı 16 qərar verilib.

Azərbaycandan həm AİHM-ə göndərilən şikayətlərin, həm də bu şikayətlər əsasında çıxarılan qərarların artdığı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG