Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:34

AB-Ukrayna Assosiasiya sazişi axır ki, qüvvəyə minir


Petro Poroshenko və Avropa Birliyi Şurasının prezidenti Donald Tusk
Petro Poroshenko və Avropa Birliyi Şurasının prezidenti Donald Tusk

Sentyabrın 1-də Ukraynayla Avropa Birliyinin münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutan Assosiasiya sazişi qüvvəyə minir. Bununla da həmin sənəd ətrafında dörd ildir davam edən siyasi dram sona çatmış olur.

BAŞIBƏLALI SAZİŞ

Estoniyanın Avropa Birliyindəki səfiri Kaja Tael-in sözlərincə, «bunun münasibətlərimizdə ciddi irəliləyiş olduğunu deməyə ehtiyac yoxdur» və «tərəflərin ixtiyarında indi xeyli sayda alətlər var».

Hazırda AB prezidentliyini Estoniya icra edir. Tael deyib ki, AB və Ukrayna artıq razılaşmanın bəzi hissələrini yerinə yetirirlər, bəziləri illərdir icra olunur.

Bu saziş hələ 2013-cü ildə, Viktor Yanukovych prezident olanda imzalanmalıydı.

Yanukovych Moskvanın təzyiqi altında sazişdən imtina etdi, bu, kütləvi etirazlarla sonuclandı və 2014-cü ilin fevralında o, hakimiyyətdən salındı.

Sənədi 2014-cü ilin iyununda qərbyönlü prezident Petro Poroshenko imzaladı.

Azərbaycanın Avropaya inteqrasiyasına nə mane olur?
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

NİDERLANDA GÖRƏ YUBANDI

Ancaq sazişə AB-nin tam dəstəyi lazımıydı. 2016-cı ilin aprelində Niderland seçicilərinin 61 faizi vətəndaşların təşəbbüsüylə keçirilən referendumda sənədin əleyhinə səs verdi. Bundan sonra sənədin gərəkən ratifikasiya prosesindən keçməsi yubandı.

Niderland hökuməti ötən ilin dekabrında seçicilərin narahatlığını azaltmağa cəhd göstərdi, AB-nin digər 27 üzvüylə sazişə əlavəni müzakirəyə çıxardı. Əlavədə vurğulanırdı ki, bu saziş Ukraynaya avtomatik olaraq AB üzvlüyü, yaxud hərbi yardım zəmanəti vermir.

Bu ilin əvvəlində Niderland senatı və aşağı palata razılaşmanın lehinə səs verib və iyunda onu ratifikasiya edib. İyulda isə AB-nin bütün 28 üzvü Assosiasiya sazişini təsdiqləyib.

2014-cü ildən bəri Assosiasiya sazişinin bir çox elementləri qismən tətbiq olunub. Ancaq sənədin tam qəbulu Brüssellə Kiyev arasında xarici siyasət, məhkəmə, təhsil, elm və texnologiya sahələrində daha sıx əməkdaşlığı təmin edəcək.

XS
SM
MD
LG