Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:21

Avropalı deputatlar Türkiyəylə danışıqları dondurmağa çağırırlar


AB-Türkiyə
AB-Türkiyə

Avropa Birliyinin deputatları çərşənbə günü – iyulun 5-də Türkiyənin quruma üzvlük danışıqlarını ertələməyə çağırıblar. Onların fikrincə, prezident Recep Tayyip Erdoğan-ın opponentlərinə təzyiqi Ankaranın blokun demokratik kriteriyalarına uyğun gəlmədiyini sərgiləyir.

«Reuters» agentliyi yazır ki, bu təklifin cümə axşamı səsvermədən asanlıqla keçəcəyi gözlənir. Çünki böyük partiyalar məsələni dəstəkləyir, ancaq parlamentin üzvlük danışıqlarına təsiri məhduddur. Avropa Komissiyası və AB hökumətləri indiyədək onsuz da qeyri-müəyyən qalan prosesin formal ertələnməsinə dair çağırışları gözardı ediblər.

«İNTEQRASİYADAN DANIŞMAQ REAL DEYİL»

«Biz heç də dialoqu, yaxud əməkdaşlığı tamamilə dayandırmağa çağırmırıq, indiki məqamda inteqrasiyadan danışmaq real deyil», – səsə qoyulacaq tövsiyəni hazırlamış deputat Kati Piri jurnalistlərə deyib.

Ərdoğan Avropanı hədələdi: Açarıq ha!
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

AB liderləri Erdoğan-ın ötənilki çevriliş cəhdindən əvvəl və sonra opponentlərinə qarşı davranışını tənqid ediblər. Ancaq onlar Türkiyəylə ötən il əldə olunmuş razılaşmaya zərbə vurmaq istəmirlər. Razılaşmaya əsasən, Türkiyə miqrantların Yunanıstana keçməsini önləyib, bununla da AB-ni təhdid edən böhran səngiyib.

Avropa Komissiyasının üzvlük danışıqlarına cavabdeh komissarı Johannes Hahn deputatlara deyib ki, Türkiyə AB-nin siyasi azadlıqlara sayqı göstərmək tələblərinə əməl etməyincə həmin danışıqlarda irəliləyiş ola bilməz. Ancaq o, AB-nin məsələylə «məşğul olacağını» deyib, üzvlük prosesinin ertələnməsindən danışmayıb.

Əslində, prosesin rəsmən 12 ildir başlanmasına baxmayaraq, Türkiyənin üzvlük məsələsində ciddi irəliləyiş əldə olunmayıb.

AB-nin bir sıra liderləri böyük, nisbətən yoxsul və əsasən müsəlman ölkəsi olan Türkiyənin quruma üzvlüyünə elə də isti yanaşmayıblar.

XS
SM
MD
LG