Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 18:30

Avropa Birliyi Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları 2018-ci ilin 28 iyununadək uzadıb. Qərar Avropa Birliyinin iyunun 19-da keçirilən iclasında qəbul olunub. Məlumat qurumun rəsmi internet saytında yayılıb.

Sanksiyalara yarımadaya investisiya, mal və texnologiya, nəqliyyat, telekommunikasiya və enerji sahəsində ixracın, eləcə də Krim istehsalı olan malların idxalının yasaqlanmasını nəzərdə tutur. Avropa Birliyi vətəndaşlarına yarımadada mülkiyyət sahibi olmaq, Avropa tur operatorlarına Krıma turist yollamaq da qadağan edilir.

Avropa Birliyi sözügedən sanksiyaları 2014-cü ildə bir il müddətinə qoyub. Daha sonra 2015 və 2016-cı illərdə sanksiyaların tətbiqi uzadılıb. ABŞ da Krımın ilhaqına görə Rusiyaya sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG