Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:16

'Amnesty International' Avropanı ittiham edir


Almaniyadan deportasiya olunmuş əfqan gənc Kabil aeroportunda

«Amnesty International» (AI) insan haqları qrupu bildirir ki, Avropa hökumətləri minlərə əfqanı öz ölkələrinə qaytarmaqla onları təhlükəyə atırlar. Çünki əfqanları orada işgəncə, oğurlanma və ölüm gözləyir.

Qurum oktyabrın 5-də Avropada sığınacaq axtaranların Əfqanıstana qaytarılması haqda hesabat yayıb. Avropa liderləri «beynəlxalq hüququ həyasızcasına pozmaqda», getdikcə daha çox adamı repatriasiya etməkdə suçlanır.

ONLARIN İÇİNDƏ UŞAQLAR VƏ GƏNCLƏR VAR

«Deportasiyaların sayını artıran Avropa hökumətləri tələsik və qanunsuz siyasət yürüdürlər», – AI-nin qaçqın və miqrant hüquqları üzrə tədqiqatçısı Anna Shea deyib.

«Əfqanıstanda zorakılığın yüksək, heç bir hissəsinin isə təhlükəsiz olmaması faktına qəsdən göz yumaraq, onlar adamları işgəncə, oğurlanma, ölüm riski və digər dəhşətlərin içinə atırlar», – Shea sözlərinə əlavə edib.

Almaniyadan çıxarılmış əfqanlar Kabil aeroportunda
Almaniyadan çıxarılmış əfqanlar Kabil aeroportunda

Hesabatda Norveç, Niderland, İsveç və Almaniya kimi Avropa ölkələrindən repatriasiya olunmuş əfqanların «əziyyətli» hekayətləri nəql olunur. Bildirilir ki, məcburən Əfqanıstana qaytarılanlar ya öldürülüb, ya bomba hücumlarında yaralanıb, yaxud da cinsi oriyentasiyası və ya dininə görə daimi təqib qorxusuyla yaşayır.

Bu şəxslərin içində uşaqlar və Avropaya uşaq ikən gəlmiş, indi gənc yaşında olanlar da var.

3 DƏFƏ ARTIM

Avropa Birliyinin statistikasına görə, Avropa ölkələrindən Əfqanıstana qaytarılan əfqanların sayı 2016-cı ildə üç dəfə artıb, bir il öncə 3 min 290 nəfər idisə, 9 min 460 nəfərə çatıb.

Bu arada BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) bildirir ki, ötən il dinc sakinlər arasında itki 11 min 418 nəfər olub, ölkənin hər yerində dinc sakinlərə hücum edilir.

«Bu geri qaytarmalar beynəlxalq hüququ həyasızcasına pozur və dərhal dayandırılmalıdır», – AI-nin Əfqanıstan üzrə tədqiqatçısı Horia Mosadiq deyib.

«Vaxtilə əfqanlara daha yaxşı gələcək üçün dəstək boyun olan həmin Avropa ölkələri indi onların ümidlərini darmadağın edir, onları daha təhlükəli yerə çevrilmiş ölkədə təkbaşına buraxır», – o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG