Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 02:40

Azərbaycan danışıqların sürətlənməsini istəyir


Latvia -- Accreditation of the ambassador extraordinary and plenipotentiary of France, Stéphane Visconti

“Azərbaycan Minsk qrupunun həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək”.

Dekabrın 12-də Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stéphane Visconti-ni qəbul edən xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Buna da bax:​ Amerikalı həmsədr: Biz prezidentlərin yeni görüşünü istəyirik

Xəbərdə bildirilir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk qrupunun Azərbaycanda səfərdə olan fransalı həmsədrini dekabrın 12-si ölkə başçısı İlham Əliyev də qəbul edib.

Buna da bax: Almaniyada Qarabağ müzakirəsi gözlənir

Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG