Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 12:24

ATƏT-in iclasında Qarabağ müzakirələri


Arxiv fotosu.

Dekabrın 8-də Hamburqda ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başlayıb.

“Turan” Agentliyi xəbər verir ki, ATƏT-in hazırki sədri, Almaniyanın xarici işlər naziri Valter Ştaynmayer iclasda nizamlanmamış münaqişələrə toxunub və Dağlıq Qarabağ problemindən bəhs edib.

O, yenidən gərginləşə biləcək bu problemin həllindən ötrü danışıqların davam etdirilməsinin vacibliyini qeyd edib.

Buna da bax:​ Qarabağla bağlı Hamburq görüşü baş tutmaya bilər

Avropa Birliyinin təhlükəsizlik və xarici məsələlər üzrə nümayəndəsi Federika Mogerini dinc nizamlanma üzrə danışıqlar prosesinin aktivləşməsinə tərəfdar olduğunu bildirib.

ABŞ dövlət katibi Con Kerri də deyib ki, münaqişə uzun müddətdir ki, həll olunmur və ATƏT ölkələrində narahatlıq doğurur.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə problemin indiki formatda bütün tərəflərin maraqları nəzərə alınmaqla həll edilməli olduğunu vurğulayıb.

Buna da bax: AŞPA-da Qarabağ müzakirələri...

Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iclasda iştirak edirlər. Elmar Məmmədyarov Edvard Nalbandyanın Hamburqda ayrıca görüş keçirəcəkləri gözlənilir.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Buna da bax:​ Erməni politoloq: 'Bu bəyanat Dağlıq Qarabağ üçün ən təhlükəli məsələdir'

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Multimedia

XS
SM
MD
LG