Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 05:45

Müdafiə Nazirliyi: Atəşəkəs bir neçə istiqamətdə pozulub


Arxiv. Azərbaycan əsgəri

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 132 dəfə pozublar.

Məlumatda vurğulanır ki, Ermənistanın İcevan rayonundan Qazax rayonunun Məzəm , Qızılhacılı , Berd rayonundan isə Tovuz rayonunun Koxanəbi və Muncuqlu kəndi atəşə tutulub .

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki,işğal altında olan Tərtər rayonunun Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Şirvanlı, Mərzili və Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında ,Göygöl və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Ancaq atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atış səsləri eşidilir. Tərəflər buna görə adətən bir-birlərini ittiham edirlər.

Buna da bax: Lapşin Rusiyaya verilə bilər

Günün bütün mövzuları

XS
SM
MD
LG