Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:38

Yanvarın 22-nə keçən gecə Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 51 dəfə pozub.

Qarşı tərəf qumbaraatanlardan da istifadə edib.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın Noyemberyan, Berd rayonlarından Azərbaycanın Tovuz və Gədəbəy rayonlarındakı mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG