Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 15:32

Atəşkəs 35 dəfə pozulub


Foto: arxiv

Dekabrın 25-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi ümumilikdə 35 dəfə pozub.

Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun Tovuz rayonunun Ağbulaq, Koxanəbi və Muncuqlu kəndlərində yerləşən mövqeləri atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

XS
SM
MD
LG