Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 04:56

Atəşkəs 33 dəfə pozulub


Azərbaycan ordusu təlimdə, noyabr 2016

Fevralın 11-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub.

Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərindəki mövqelər hədəf seçilib.

Müdafiə Nazirliyinin açıqamasında Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərin vurulduğu bildirilir. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri də atəşə tutulub.

Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan hərbçiləri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG