Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 13:52

Atəşkəslə bağlı 31 dekabr açıqlaması


Azərbaycan ordusu təlimlərdə, noyabr 2016

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan, Berd, Krasnoselsk rayonlarındakı mövqelərdən Qazax, Tovuz, Gədəbəy rayonları ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Müdafiə Nazirliyi bildirir ki, işğal altında olan Tərtər rayonunun Göyarx, Ağdamın Şuraabad kəndləri yaxınlığında, həmçinin Göygöl, Gəbrayıl ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan hərbi mövqeləri atəşə tutulub.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG