Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 13:34

Atəşkəs 118 dəfə pozulub


Azərbaycan ordusu təlimlərdə, noyabr 2016

Martın 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 118 dəfə pozub. Qarşı tərəf iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan istifadə edib.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın İcevan, Noyemberyan və Berd rayonlarından Azərbaycanın Qazax və Tovuz rayonlarındakı mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG