Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 20:42

Atambayev rus bazasını Qırğızıstandan çıxarmaq istəyir


Almazbek Atambayev

Almazbek Atambayev

Qırğızıstan prezidenti Almazbek Atambayev deyib ki, saziş müddəti başa çatandan sonra Rusiya bazası ölkədən çıxarılacaq.

Bişkəkdəki mətbuat konfransında prezident bildirib ki, "Qırğızıstan gələcəkdə yalnız öz hərbi qüvvələrinə arxalanmalıdır, Rusiyanın, Amerikanın, yaxud başqa ölkənin bazalarına yox".

Prezidentin fikrincə, son 5 il göstərib ki, Amerika bazasının ölkədən çıxarılması düzgün addım idi. "Bu, Rusiya bazasına da aiddir" - deyə Atambayev qeyd edib.

Rusiya bazasının Kant-da yerləşdirilməsi barədə saziş devrilmiş prezident Kurmanbek Bakiyevin dönəmində - 2009-cu ildə imzalanıb. 2016-cı ildə saziş daha 49 illiyinə uzadıla bilərdi.

Amma Atambayevin sözlərinə görə, o buna imkan verməyib. Bunu 15 ilə endirib.

Prezident deyib ki, bəzi rus nazirlərin bundan xoşu gəlməsə də, Rusiya prezidenti Vladimir Putin bunu anlayışla qarşılayıb.

Kantdakı abiabaza 1941-ci ildə yaradılıb.

2003-cü ildən rus hərbi qüvvələrinin ixtiyarına verilib.

XS
SM
MD
LG