Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:02

Astara sakini: 'Yağış çox yağanda qrunt suları içdiymiz quyu suyuna qarışır'


Astara şəhəri
Astara şəhəri

Masallı, Lənkəran, Astara şəhərlərində su və kanalizasiya xətlərinin çəkilməsi davam edir.

Lənkəran Rayonİcra Hakimiyyətindən verilən məlumata görə, şəhərdə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmsı Dövlət Proqramında nəzərdə tutulub. Proqramın icrasına 2011-ci ilin avqust ayında başlanıb.

Bu müddətdə Xanbulan ərazisində 1su təmizləyici qurğu, 1su anbarı tikilib, 252 km müxtəlif diametrli su xətləri dəyşdirlib. Habelə, 1200 ədəd Smartkart tipli su sayğacı quraşdırılıb, 21 kilometr kanalizasiya xətti çəkilib.

Verilən məlumata görə, 2013-cü ilin sentyabr ayından etibarən şəhərə içməli suyun verilməsi başlanıb.40çoxmənzilli yaşayış binasının zirzəmisində və daxilində sıradan çıxmış kanalizasiya boruları yenilənib.

Buna da bax: 'Masallıda həbs edilən dindar xütbələrində haqsızlıqlardan danışırmış'

“ŞƏHƏRDƏ ÜFÜNƏT İYİNDƏN DURMAQ OLMUR”

Lənkəran şəhər sakini İltifat Rəhimzadə isədeyir ki, əgər kanalizasiya xətti çəkilbsə və işləyirsə nədən üfünət hər yeri basıb:

İltifat Rəhimzadə
İltifat Rəhimzadə

"Su yaxşıdır, içməlidir. Sayğac qoyublar. Arabir lil olur, sonra düzəlir. Amma kanalizasiya dəhşətdir. Şəhərin müxtəlif yerlərində çirkab suları daşır. Şirəli Axundov küçəsində yaşyıram, İcra Hakimiyyətinin inzibati binası da həmin küçədə yerləşir. Bir balaca yağış yağan kimi üfinət iyndən durmaq olmur. Şəhərin 50 mindən yuxarı əhalisi var.Bu qədər əhalisi olan şəhərdə kanalizasiya yoxdur, işləmir. 2012-ci ildə kanalizasiya xəttinin çəkilişinə başladılar. Deyirdilər ki, 2014-cü ildə başa çatacaq. Çatmadı. Dedilər pul yoxdur. İndi də deyirlər ki, kanalizasiya xətti çəkilib. Yenə eyni vəziyyətdir...”

“ŞƏHƏRİN ÇİRKAB SULARI KANALLARA AXIDILIR”

Astara Rayon İcra Hakimiyyətinin saytında bildirlir ki, 24,8 kilometr uzunluğunda su kəməri çəkiləcək. 2 su anbarı tikiləcək. Üstəlik, 112,8 kilometr paylayıcı su şəbəkəsi çəkiləck və 5120 evə su veriləcək.

Astara şəhərində kanalizasiya xəttinin çəkilişi də nəzərdə tutulur. Şəhərdə 70,5 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 2 nasos satansiyasının inşa edilməsi nəzərdə tutulub.

Hazırda Astara şəhərində su xətti çəkilir. Şəhərin yolları bərbad hala düşüb. Astara şəhər sakini, inşaatçı mütəxəssis Asən Həşimli deyir ki, əhali özünü su ilə təmin edir, əsas kanalizasiyadır:

“Sovet hakimiyyəti dağılandan sonra su və kanalizasiya sistemləri də dağıldı. Xeyli vəsait xərclədilər, istədilər ki, şəhərdən 20 kilometr uzaqda olan, dağlıq ərazidə yerləşən Sım kəndinin bulağından su çəksinlər. Milyonlarla pul xərclədilər, işin yarısını gördülər. Sonra dayandırdılar. Dedilər ki, bulağın suyu şəhər əhalisini təmin edə bilməz. İndiXanbulanından su xətti çəkirlər. Kanalizasiya yoxdur. Çoxmərtəbəli yaşayış binalarında çirkab suları zirzəmiyə axır. Şəhərinçirkab suyu kanallara axıdılır. Yağış çox yağanda qurunt suları ilə içdiymiz quyuların suları və kanalizasiyanın çirkabı birləşir. Vəziyyət acınacaqlıdır. Bizdə hər xəstəlik var. Məni o düşündürür ki, su xətti çəkmək üçün asfalt yolları yararsız hala salıblar. Bir müddət sonra kanalizasiya xətti çəkəcəklər. O vaxt da yolları yenə qazacaqlar? ”

Astara şəhəri
Astara şəhəri

Buna da bax: Əyalətin 'yatmış' və 'ayıq' saytları...

MASALLIDA 42 KƏNDƏ SU ÇƏKİLƏCƏK

Rəsmilərin bildirdiyinə görə, Masallı şəhərinin dəsu təchizatının və kanalizasiya sisteminnin yenidən qurulması işləri davam edir. Masallı Rayon İcra Hakimiyyəti aparatının saytında qeyd edilir ki, 42 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə “Azərsu” ASClayihələndirmə işlərinə başlayıb. Artıq 20 kilometrə yaxın su xətti çəkilib. Masallı şəhərində əhali bulaqlardan gətirilən sudan istifadə edir.

Üstəlik, Masallı şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlərin davam etdiyi bildirilir.

Asən Həşimli görülən işlərlə bağlı bunları deyir:

“Masallı şəhərində kanalizasiya xətti çəkilib, ancaq işləmir. Lənkəran və Astara şəhərlərində elə ərazilər var ki, dəniz səviyyəsindən aşağıdır.Hələ ki, xeyrini görmürük...”

RƏSMİLƏR NƏ DEYİR?

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtaralı isə deyir ki,şəhər əhalsi çəkilən sudan istifadə edir:

“Su xəttinin çəkilişi yekunlaşıb. Masallı şəhər əhalisi çəkilmiş sudan istifadə edir. Kanalizasiya xətti isə ilin sonuna kimi yekunlaşacaq.”

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Mahmudovdasu təchizatı ilə bağlı işlərin davam etdyini deyir:

”İşlər ilin sonuna kimi olmasa da gələn ilin mart ayına kimi yekunlaşacaq. Su Xanbulandan çəkilir və içmək üçün yararlıdır. Orda su təmizləyici qurğular var, dərmanlanır, nəzərdən keçirlir. Kanalizsasiya xətti də çəkiləcək...”

Buna da bax: Bu kənddə 25 ildir araq satılmır

Bu kənddə 25 ildir araq satılmır
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG