Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:02

Astarada «gömrükdə monopoliya ləğv edildi» deyənlərə gülürlər…


Astara gömrüyü
Astara gömrüyü

-

Astara şəhər sakini Asən Həşimli özünün Facebook səhifəsində yazır:

«Bunlar kimi ələ salırlar? Guya monopoliyanı Astara gömrüyündə ləğv ediblər. İrandan qayıdan Azərbaycan vətəndaşlarına 10 kiloqramdan artıq yük gətirməyə icazə verilmir. Sənəd vermədən rüsumlar tətbiq edilir, oradaca adamlardan pul yığılır. Dolayısı ilə monopolistlərin hərəkətlərini təkrar edirlər».

Adının çəkilməsini istəməyən bir rayon sakini isə deyir ki, ona gömrükdə monopoliyaların ləğv edildiyini deyəndə, buna sadəcə gülür.

«TAXTA BUDKALARI DAĞIDIBLAR»

İrandan qayıdan rayonun digər sakini Zabir Ağayev isə Astara gömrüyündə artıq monopolistlərin olmadığını söyləyir:

«Yığışdırıblar. Monopolistlərə məxsus taxta budkaları dağıdıblar. Bir qədər yüngüllük hiss olunur. Digər problemlər isə qalır».

ASTARA GÖMRÜYÜNDƏ, DEYƏSƏN, XADİMƏDƏN BAŞLAYIBLAR…

Gömrüyün qarşısında duran bir qadın bizə yaxınlaşaraq onu heç bir səbəb olmadan işdən azad etdiklərini deyir:

Astara gömrüyü
Astara gömrüyü

«Adım Yasəmən Abdullayevadır. 11 ildir ki, Astara gömrüyündə xadimə işləyirəm. 3 gün bundan əvvəl mənə dedilər ki, işdən azad olunursan. Ailədə yeganə işləyən mənəm. Həyat yoldaşım xəstə, 6 baş uşağım var. Heç kim də adamı dinləmək istəmir».

Yasəmən Abdullayevanın deməsinə görə, ona deyiblər ki, rəsmən işçi olmayıb. Sadəcə, gördüyü işə görə ona paket vasitəsilə pul ödəyiblər. Şikayətçi isə bildirir ki, onun bundan xəbəri olmayıb. Hər dəfə pul ödəyiblər, o da bunu qanunauyğun hesab edib. Yasəmən Abdullayeva yuxarı orqanlara şikayət etmək fikrindədir. O deyir ki, məhkəməyə də müraciət edəcək.

Yanvarın 8-də Gömrük Komitəsinin sədri Aydın Əliyev Masallıda şikayətçiləri qəbul edib. Şikayətçilərin arasında Yasəmən Abdullayeva da olub. Sədr ona bildirib ki, gömrük idarəsində ixtisarlar gedir. Yer olan kimi ona iş veriləcək.

«XAMA GƏTİRİRLƏR, KONFET ADI İLƏ»

Adının çəkilməsini istəməyən bir Astara sakini deyir ki, gömrükdə nəzarət itib:

Astara gömrüyü
Astara gömrüyü

«İrandan hər gün 3, 4, 10 tonluq maşın Astara gömrüyün ərazisinə daxil olur. Meyvə-tərəvəz. Oradaca Azərbaycana məxsus maşına boşladılır. Bu əməliyyat heç yerdə qeydə alınmır. Bu qanunsuzluqlar sərhədçilərin gözü önündə baş verir».

Həmin şəxsin deməsinə görə, bu işlər gömrük işçilərinin xeyir-duası ilə həyata keçirilir:

«Onlar faktiki olaraq monopolistləri əvəz edirlər. Xamanın 1 tonun rüsumu 1200 manatdır, konfetin isə 400 manat. Xama gətirirlər, konfet adı ilə. Halbuki, xama gətirmək qadağandır, İranda «donuz qripi» var. İrandan kartof gətirirlər aşağı qiymətə, gömrük tələb edir ki, 1 kiloqram kartofa 60 qəpik qiymət qoysunlar. Hərçənd, İranda kartofun topdansatış qiymətinin 1 kiloqramı 15-20 qəpikdir».

Astara Gömrük İdarəsinin növbətçi hissəsindən isə bizə bildirdilər ki, ərazidə monopolistlər yoxdur. Adıçəkilən adamları tanımırlar və onların ünvanına deyilənlər böhtandır. Onlar gömrük qanunların tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər.

XS
SM
MD
LG