Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:24

AŞPA-nın Azərbaycan üzrə məruzəçisinin istefa verdiyi bildirilir


AŞPA-nın sessiyası

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin Azərbaycanla bağlı araşdırmasında adı keçən belçikalı senator Alain Destexhe-nin Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlüyündən istefa verdiyi bildirilir. O, həm də AŞPA hüquqi məsələlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi idi.

“ Turan” Agentliyinin xəbərinə görə, Alain Destexhe Azərbaycanla bağlı məruzəsini AŞPA-nın oktyabr sessiyasına təqdim edilməli idi. Ancaq sentyabrın 16-sı Alain Destexhe-nin ona qarşı "hücumlardan" gileylənərək, istefa verdiyi qeyd edilir.

Xatırlatma

AŞPA-nın hüquqi məsələlər və insan hüquqları komitəsinin məruzəçisi Alain Destexhesonuncu dəfə bu il Azərbaycanda səfərdə olub.

O, fevralda Bakıya gələrək media, internet azadlığı sahəsində vəziyyətlə, onlayn fəalların, jurnalistlərin və bloqqerlərin saxlanması ilə maraqlanmışdı.

A.Desteks 2016-cı il martın 7-də Azərbaycanda hüquqların müdafiəsi ilə bağlı vəziyyəti qiymətləndirməkdən ötrü məruzəçi təyin edilib. O, məruzəçi təyinm edildikdən sonra Azərbaycana ilk səfərini 2016-cı il iyunun 1-də Formula 1 yarışlarının açılışı zamanı etmiş, yalnız rəsmi şəxslərlə görüşmüşdü.

Buna görə də Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri onun dəyişdirilməsi ilə bağlı AŞPA-ya şikayət məktubu da göndərmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG