Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 07:27

Qubad İbadoğlu: ''Asan imza'dan qaz vurub qazan dolduranlar'


Qubad İbadoğlu

Aprel ayından hüquqi, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlarla bağlı yeni qaydalar tətbiq edilir. Qaydalara görə, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat" lar elektron imza kartından və ya mobil imzadan istifadə etməklə təqdim olunmalıdır. Hesabatların təqdimatında son tarix aprelin 20-dir.

Bu müddətə qədər hesabatını yeni qaydalarla verə bilməyənlər 44 manat cərimələnəcək.

Statistik məlumatlara görə, Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi firma yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 600 mindən çoxdur. Onlar yaxın 10 gün müddətinə qədər ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən elektron imza kartı, ya da Vergilər Nazirliyi və mobil operatordanmobil imza almalıdırlar. Bu səbəbdən də hazırda mobil operatorların müştəri xidmətlərinə və “ASAN xidmət" mərkəzlərinə müraciətlərin sayı artıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İT şöbəsinin müdir müavini Seymur İsmajılov isə, yeri gəlmişkən, Azadlıq Radiosuna bildirdi ki, "Asan İmza" "Asan Xidmət"ə aid deyil, Vergilər Nazirliyi nəzdindədir.

"15 milyon manatlıq soyğunçuluq..."

​Yeni qaydalara görə, hüquqi şəxslərin rəhbərləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öncə mobil operatorların müştəri xidmətlərinə müraciət etməli, onlara məxsus olan nömrəni “Asan imza” xidmətinə qoşdurmalıdırlar. Bu xidmətə görə, hər bir şəxs mobil operatorlara 36 aydan ötrü birdəfəlik 23 manat, hər ay isə 1 manat aylıq ödəniş etməlidir.

Bu isə o deməkdir ki, “Asan imza”ya görə fiziki şəxslərin birdəfəlik ödənişləri 15 milyon manata qədər, aylıq ödənişləri isə 600 min manatdan çox olacaq.

İqtisadçı baş verənləri 15 milyon manatlıq soyğunluq kimi dəyərləndirir.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğluhesab edir ki, bu prosedurların məsrəfli və mürəkkəb tərəfləri olacaq. O, üstəlik, bu sisteməqısa müddətə keçidin müəyyən fəsadlar yaradacağını düşünür.

İqtisadçının fikrincə, əlavə məsrəf və vaxt itkisinə gətirib çıxaran yeni qaydalarla hesabatlılıq barədə fiziki şəxslərin çoxunun məlumatı yoxdur. Onlar yalnız əvvəlki qaydada hesabat yollamaq istəyəndə məlum olacaq ki, həmin sistem aktiv deyil, yeni qaydalar işə düşüb:

“ Buna məsul olan şəxslər fiziki şəxslərə nəinki bildiriş göndərməyib, hətta öz sistemlərini belə yeni qaydalara tam inteqrasiya etməyiblər. Hətta bu gün elektron imzaya malik olanlar hesabatlarını təqdim edə bilmirlər. Çünki onu qəbul edən qarşı tərəf texniki cəhətdən buna hazır deyil”

İqtisadçı nə təklif edir?

İqtisadçının bildirməsinə görə, bu problem yalnız hesabatın verilməsində deyil, həmçinin “Asan imza” alınmasında da müşahidə edilir.

“Belə ki, aprelin 8-də Vergilər Nazirliyinin sistemində texniki nasazlıq ucbatından “Asan imza”ya müraciət edənlərə xidmət göstərilməyib. Göründüyü kimi, “Asan imza”ya keçiddən qazananlar yüz minlərlə müştəriyə xidmət edəcək elektron sistemlərini belə hazır vəziyyətə gətirməyiblər”, - Q.İbadoğlu bildirib.

O, sadalanan səbəblərlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu qərarı təxirə salmağı və onun müddətini uzatmağı təklif edib.

Nazirlik isə deyir ki....

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildiriblər ki, yeni qaydalar fiziki və hüquqi şəxsləri vahid hesabat sisteminə keçməkdən ötrüdür. Ancaq işçisi olmayan fiziki şəxslər öz bəyannamələrini poçt şöbələri və ya qeydiyyatda olduqları rayonda da gedib təqdim edə bilərlər.

Vergilər Nazirliyindən isə aprelin 8-dətexniki nasazlıq ucbatından “Asan imza”ya müraciət edənlərə xidmət göstərilməməsi ilə bağlı səslənən tənqidi fikirlərəmünasibət almaq, hələlik, mümkün olmayıb.

XS
SM
MD
LG