Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 15:00

Dünya mediası Fransadakı qanlı olayda ölən polisin qəhrəmanlığından yazır


Fransa - Terror aktının baş verdiyi supermarket, Trebes, 23 mart, 2018

Dünyada mediası Fransanın cənubunda baş vermiş qanlı olay zamanı ağır yaralanan, sonradan xəstəxanada ölən polis zabitindən yazır.

CNN yazır ki, 45 yaşlı polkovnik leytenant Arnaud Beltrame Trebes kommunasındakı supermarketə edilən hücumda qadın girovlardan birinin yerinə özünü girov saxlamağı təklif edib.

Bunu edəndən sonra supermarketə daxil olan polis terrorçu tərəfindən güllələnib.

Fransa prezidenti Emmanuel Macron onun hərəkətini qəhrəmanlıq adlandırıb.

Hadisəni Mərakeş əsilli Redouane Lakdim törədib.

Hadisə zamanı 5 nəfər (o cümlədən olayı törədənin özü) ölüb, 10-dan çox adam yaralıb.

Ölən digər 3 nəfər qəssab və satıcıdır.

Bundan başqa supermarketə hücum etməmişdən qabaq Lakdim maşın oğurlayıb. Maşındakı iki nəfərdən birini öldürüb, digərini yaralayıb.

Daxili işlər naziri Gerard Collomb deyib ki, "Fransa Bltrame-nin qəhrəmanlığını və verdiyi qurbanı unutmayacaq".

Beltrame supermarketə hücum etmiş şəxsə özünü qadın girovlardan biri ilə dəyişdirməyi təklif edəndən sonra telefonunu həmkarlarının yanında qoyaraq supermarketə daxil olub.

Həmkarları onların içəridə nə danışdıqlarını eşidiblər.

Polislər telefonda atəş səsləri eşidən kimi supermarketə girib insanları girov saxlayan şəxsi öldürüblər.

26 yaşlı Lakdim bundan əvvəl xırda cinayətlərdə suçlanıb. O cümlədən narkotiklərlə bağlı cinayətlərə görə.

Polis Lakdimlə "yaxın münasibətləri olmuş" qadını da hadisədən sonra kommunada keçirdiyi reyddə həbs edib.

Fransa Daxili İşlər Nazirliyi baş verən hadisəni "İslamçıların törətdiyi terror aktı" kimi səciyyələndirib.

İŞİD terror təşkilatı ilə əlaqəli Amaq xəbər agentliyi yazır ki, Lakdim sözügedən terror qrupunun "əsgəri" olub.

Prezident Macron deyib ki, hüquq-mühafizə orqanları İŞİD-in terror aktını öz üzərinə götürməsi ilə bağlı yayılmış xəbəri analiz edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG