Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Avrointeqrasiya Bakıda və Strasburqda [Video]


-
Siyasi şərhçi Gültəkin Hacıbəyli və «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Birliyinin koordinatoru Oqtay Güləliyev Avrointeqrasiya xartiyasını müzakirə edirlər.

Mövzu ilə əlaqədar bax: Milli Şura hakimiyyəti Avropa Birliyi ilə saziş imzalamağa çağırır

«AZƏRBAYCAN XALQI YOLUNU AYDIN SEÇMƏLİDİR»

Oqtay Güləliyev sənədin zamanın tələbi olduğunu deyir:

«Sənəd Milli Şuranın təşəbbüsüylə hazırlansa da, geniş bir çevrə qoşulub. Sənədə qoşulanların sayı 100 nəfəri keçib. Bu sənəd təkcə Milli Şuranın tələbi deyil, zamanın tələbidir. Ukrayna, Moldova, Gürcüstanın Assosiasiya Sazişinə qoşulması gözlənilir. Avropa Birliyinin sərhədləri genişlənir. Avropaya inteqrasiya xalqın rifahı, insan haqlarının qorunması, seçkilərin ədalətli keçirilməsi deməkdir. Hakimiyyətə bu məsələlər sərf etmir. Hakimiyyət 18 ildir Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyündən qaçır. Bizim məqsədimiz Azərbaycan hakimiyyətinin «balanslaşdırma» adlandırdığı mücərrəd siyasətinə son qoymaqdır. Azərbaycan xalqı yolunu aydın seçməlidir. Avrointeqrasiya xalqın maraqlarına uyğundur».

«HAKİMİYYƏT SİYASİ İRADƏ GÖSTƏRMƏLİDİR»

Gültəkin Hacıbəyli Avrointeqrasiyanı Azərbaycan xalqının maraqlarına tam uyğun hesab edir:

«Bu sənəd Azərbaycan demokratik qüvvələrinin iradəsini əks etdirir. Sənədi bir çox siyasətçi, ictimai fəal, media təmsilçiləri imzalayıblar. Sənədi imzalayan hər kəs bəyan edir ki, Azərbaycan xalqının maraqları Avrointeqrasiyaya uyğundur. Əks tərəfdə inkişaf yoxdur, Ermənistana dəstək verən Rusiya var. Avrointeqrasiyada tərəqqi, rifah, inkişaf, demokratiya, insan haqları kimi yüksək dəyərlər var. Ümumdünya Ticarət Təşkilatına üzvlük müxtəlif sahələrdə monopoliyaya son qoya bilər. Bu məsələ hakimiyyəti narahat edən məqamlardandır. Hakimiyyət siyasi iradə göstərməlidir. Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalamasa da, indiki halda buna hazır olduğunu bəyan etməlidir» .
XS
SM
MD
LG