Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:22

Aram Sarqsyan: 'Rusiyaya satılmamış nəyimiz qalıb?'


Aram Sargsian

Oktyabrın 4-də Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi Birliyindən çıxması məsələsinin müzakirəsi üçün müvəqqəti komissiyanın yaradılması haqda qanun layihəsini rədd edib.

Layihəni müxalifətdəki "Yelk" fraksiyası hazırlamışdı. Fraksiya hesab edir ki, Rusiyanın liderliyi ilə yaradılmış bu iqtisadi birliyin Ermənistana heç bir faydası yoxdu.

Parlament qanun layihəsini 7 səs leyhinə, 81 səs əleyhinə olmaqla rədd edib. Hakimiyyətdəki Respublikaçılar Partiyasının deputataları da layihəyə "yox" deyiblər.

"Yelk" fraksiyasının təmsilçisi, keçmiş baş nazir Aram Sarqsyan deyib ki, "hakim partiya Ermənistanın təkbaşına özünü düşməndən müdafiə edə bilmədiyini deməklə ölkənin müstəqilliyi və suverenliyini şübhə altına alırlar".

Keçmiş baş nazirin fikrincə, indiki prezident Serj Sarqsyan və nazirlər Rusiyanın xoşuna gəlmək və hakimiyyətlərini qoruyub saxlamaq üçün hər vasitəyə əl atırlar.

Buna da bax: Ermənistan silah almağa əlavə pullar ayırır

"Bizim xarici işlər nazirliyimiz dünyanın hər yerində Rusiyanın maraqlarına xidmət edir, səsvermələrdə Rusiyanın istədiyi formada səs verir. Bizim energetika sahəmiz tamamilə Rusiyaya məxsusdur. Baş nazirdən soruşmaq lazımdır ki, dövlətin əlində elə bir şey qalıbmı ki, onu Rusiyaya verməmişik?" - deyə Aram Sargsyan sual edib.

Keçmiş baş nazir deyir ki, Avrasiya İttifaqından çıxarsa, Ermənitanın "dəhşətli vəziyyətə" düşə biləcəyi haqda deyilənlər gülməlidir. Çünki "indikindən də dəhşətli vəziyyət təsəvvür etmək çətindir". O deyib ki, pulu olan ermənilər ABŞ və Ermənistana köçür, biznesini oraya köçürür, pulu, imkanı olmayanlar isə Rusiyaya üz tutur, "Nə qədər ki, onlar ordadı, biz Rusiyaya imkan veririk ki, başımıza çıxsın, Azərbaycana silah-sursat satsın, bizə aid məsələləri Türkiyə ilə müzakirə etsin" - deyə A.Sargsyan bildirib.

Keçmiş baş nazirin fikrincə, xaricilər Ermənistana sərmayə qoymur. Çünki "heç bir avropalı investor Avrasiya İttifaqına sərmayə qoymaz. Rusiyanın isə Ermənistana qoymaq üçün yetərincə sərmayəsi yoxdu".

​A.Sargsyan deyir ki, Avrasiya İttifaqının iqtisadiyyatı deyilən bir anlayış mövcud deyil, çünki bu birliyə üzv olan ölkələrdə "qanunlar işləmir, yalnız hakimiyyətdəkilərin iradəsi deyilən bir şey var". Onun fikrincə, nə qədər ki, Ermənistanda iqtisadiyyatın əsas sektorlarında monopoliya var, heç bir üçüncü şəxs Ermənistan bazarına girə bilməz. Kofedən tutmuş qəndin, dərmanın idxalına qədər.

Günün bütün mövzuları

XS
SM
MD
LG