Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 13:49

'Aqrarkredit' Beynəlxalq Bankın məsələsinə ayın 28-də baxacaq


Azərbaycan Beynəlxalq Bankı

Bu gün, sentyabrın 20-də rəsmi “Azərbaycan” qəzetində müsabiqə komissiyasının növbəti iclasının keçirilməsi barədə informasiya yayılıb. Söhbət «Aqrarkredit» QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən Azərbaycan Beynəlxalq Bankından alınmış problemli aktivlərin əvəzində əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının növbəti iclasından gedir.

AzadlıqRadiosu müəyyən edib ki, əslində, sözügedən iclas bir ay öncə keçiirlib. Bir neçə gün öncə isə hüquqşünas Əkrəm Həsənov Beynəlxalq Bankın 10 milyard manatlıq «zəhərli» aktivlərini iki ildən bəri idarə edən «Aqrarkredit» QSC-ni hesabat verməməkdə qınamışdı.

«Aqrarkredit» QSC-də AzadlıqRadiosuna deyiblər ki, indiyədək sərəncama qəbul edilən iki daşınmaz əmlak («Fireland Vineyards» MMC və «Bakı Fındıq Emalı» MMC) satılıb. Bundan əlavə, «Kainat» ASC-nin əmlakının qiymətləndirilməsi başa çatdırılıb və hərracda satılması haqda qərar qəbul edilib. Müsabiqə Komissiyası avqustda keçirilən son iclasında Gürcüstanda yerləşən «Qafqaz Beton 2007» MMC-nin, eləcə də «Mingəçevir İzolit» ASC, «Bot» MMC, «Stimul» MMC və «Şəki Kərpic» MMC-nin əmlakının qiymətləndirilməsini «Aqrarkredit» QSC-nin İdarə Heyətinə tapşırmışdı.

Artıq bu müəssisələrin əmlakının ilkin qiyməti müəyyənləşib. Müsabiqə Komissiyasının sentyabrın 28-də keçirilməsi gözlənilən növbəti iclasında qiymətləndirmənin nəticələrinin təsdiqlənməsi və əmlakın hərraca çıxarılması barədə qərar qəbul edilə bilər. «Aqrarkredit» QSC-də AzadlıqRadiosuna onu da bildiriblər ki, satış məqsədilə Beynəlxalq Bankdan yeni əmlak qəbul edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG