Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:11

Putin Avropanın sanksiya siyahısında olan diplomatı ABŞ-a səfir təyin edib


Anatoli Antonov
Anatoli Antonov

Rusiya prezidenti Vladimir Putin Moskvanın Ukraynaya müdaxiləsindəki roluna görə Avropa İttifaqının sanksiya siyahısında olan diplomat Anatoli Antonovu Birləşmiş Ştatlara səfir təyin edib.

Xarici İşlər və Müdafiə Nazirliklərində işləmiş Antonovun təyinatı barədə məlumat avqustun 21-də Kremlin internet saytında dərc olunub.

Rusiyanın sərt xarici siyasətinin qızğın müdafiəçisi olan 62 yaşlı Antonov silahlara nəzarət də daxil mürəkkəb məsələlərdə inadkar danışıqçı kimi tanınır.

2015-ci ilin fevralında Avropa İttifaqı Moskvanın Krımı qanunsuz ilhaqı və Ukraynanın şərqində separatçılara dəstəyinə cavab olaraq Rusiyaya qarşı sanksiyalar elan edib. Bu sanksiyaların fərdlərə aid siyahısında Antonovun da adı var. Sanksiyalarda deyilir ki, Antonov “Ukraynaya Rusiya qoşunlarının yeridilməsində əsəs rollardan birini oynayıb”.

Antonov 2011-2016-cı illərdə Rusiya müdafiə nazirinin müavini olub.

Antonova qarşı Kanada və Ukrayna da sanksiyalar tətbiq edir. Lakin onun adı ABŞ sanksiyalarında yoxdur.

O yeni vəzifəsində Rusiyanın ABŞ-dakı qalmaqallı səfiri Sergey Kislyakı əvəzləyəcək.

S.Kislyak-ın adı ABŞ-da seçkilərə müdaxilədə hallanırdı. O, keçmiş təhlükəsizlik müşaviri M.Flynn-lə 2013-cü ildən tanış olduğunu, seçki kampaniyası zamanı əlaqə saxladıqlarını etiraf edib. «Bütün diplomatlar belə edirlər», – səfir «The Washington Post» qəzetinə müsahibəsində deyib. Amma M.Flynn-lə hansı məsələləri müzakirə etdiklərini açıqlamaq istəməyib.

AP agentliyi və «USA Today» qəzeti isə D.Trump-ın seçki kampaniyası zamanı xarici siyasət məsələləri üzrə müşavir olmuş Carter Page-in, həmçinin milli təhlükəsizlik məsələləri üzrə direktor J.D.Gordon-un da «Heritage» fondunda Rusiya səfiri ilə görüşdüyünü yazır. J.Sessions-un səfirlə görüşlərindən biri həmin tədbir çərçivəsində olub.

ABŞ kəşfiyyatı bu ilin yanvarında bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin ABŞ seçki sistemini və prezidentliyə Demokrat Partiyasından olan namizəd Hillary Clinton-u gözdən salmaq üçün, eləcə də respublikaçı Donald Trump-ın prezident seçilməsinə dəstək vermək üçün kəşfiyyat orqanlarına şəxsən göstəriş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG