Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 00:12

Ali Məhkəmə ANS-in şikayətinə sentyabrın 15-də baxacaq


Vahid Mustafayev: 'Sizə padşah kimi baxırıq'
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Vahid Mustafayev: 'Sizə padşah kimi baxırıq'

Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə ANS telekanalının Milli Televiziya və Radio Şurasına qarşı kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılıb. Şikayət mümkün sayılıb və icraata qəbul edilib. Şikayətə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası sentyabrın 15-nə təyin olunub.

Qeyd edək ki, kassasiya şikayəti ANS telekanalının lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarından verilib. Həmin qərar da Teleradio Şurasının müraciəti əsasında çıxarılmışdı.

ANS-in prezidenti Vahid Mustafayev jurnalistlərə açıqlamasında bir daha ölkə prezidentindən gözləntiləri olduğunu bildirib: «Keçən dəfə də demişdim, biz siyasətçi deyilik, əsgərik. Bizim Ali Baş Komandanımız var, inamımız ancaq onadır. Gözləyirik ki, o, bu məsələnin ədalətli həllində bizə kömək olacaq».

MTRŞ-nın məhkəməyə müraciətində göstərilib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materiallar yayımlanıb. Telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub.

Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olub. Məktubda qeyd olunub ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilib.

MTRŞ-nin iyulun 18-də verdiyi qərarla ANS-in fəaliyyəti 1 ay dayandırılmışdı. Şura lisenziyanın ləğvindən ötrü məhkəməyə müraciət etmişdi.
ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd, ANS-in baş direktoru Fethullah Gülen-in mətbuat konfransında əməkdaşlarının iştirakını səhv adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.

XS
SM
MD
LG