Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:33

İŞİD-in 'rok ulduzu' içəridə də dinc durmur


Anjem Choudary
Anjem Choudary

Britaniyada həbsdə olan, nifrət yayan vaizin ötən şənbə Londonda törədilmiş hücumlardan birində şübhəli sayılan cihadçıya bağlılığı iddia olunur.

«İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının radikallıq yayan «ulduz»una çevrilmiş 50 yaşlı Anjem Choudary ötən ilin sentyabrında 5 il yarımlıq həbs cəzası alıb. O, İŞİD-ə açıq-aşkar dəstək verməkdə, 2002-ci ildən İngiltərədə islamçı fəaliyyətlə məşğul olmaqda təqsirli bilinib.

O, 2001-ci ilin 11 Sentyabr terrorunu törədənləri «şəhidlər» adlandırıb, Britaniya torpağında baş verən teraktları pisləməkdən imtina edib, Britaniyanın 30 il ərzində müsəlman ölkəsinə çevriləcəyini proqnozlaşdırıb.

«Fox News» yazır ki, Choudary son aylar İngiltərədə törədilən bir neçə teraktın, azından, ilhamlandırıcısı rolunu oynayıb.

«ÇEVRƏSİ BÖYÜK DEYİL»

«Cihada bir bacarıq kimi baxsaq, Choudary bunun öhdəsindən çox yaxşı gəlir. O, bir cihadçıya çevrilə bilər», – antiislamçı «Clarion» Layihəsinin təqaüdçüsü Ryan Mauro deyir.

Polis ötən həftəsonu törədilmiş, İŞİD-in məsuliyyətini üzərinə götürdüyü hücumda şübhəlilərin adlarını hələlik açıqlamayıb. Ancaq artıq bir neçə media orqanı şübhəlilərdən birinin Britaniya sənədli filmindəki şəxs olduğunu yazır. Həmin şəxsin İŞİD bayrağının yanında, Choudary-nin dostu Mohammed Shamsuddin-lə birgə ibadət etdiyi görüntülənib.

«Choudary-nin yaxınıyla birgə ibadət edən istənilən şəxs radikal sayıla bilər, çünki onun çevrəsi böyük deyil. O, çox qatı dindardır», – Mauro «Fox News»a deyib.

Martda Londonda avtofurqon və bıçaq hücumunda dörd nəfəri öldürmüş Khalid Masood da Choudary-nin moizələri, onun «al- Muhajiroun» qrupuyla maraqlanıb. Bu haqda «The Times of London» yazıb.

TƏBLİĞATI YAXŞI APARIR

Mauro-nun sözlərinə görə, Choudary sərt suallara əsaslandırılmış cavablar verir və İŞİD kimi qruplaşmaları yaxşıca təbliğ edir.

Ötən ay Mançester şəhərində pop-ulduz Ariana Grande-nin konsertində özünü partlatmış Salman Abedi-ni 2015-ci ilin noyabrında Paris hücumlarına cavabdeh İŞİD özəyinin idarə etdiyi bildirilir. Choudary vaxtilə həmin hücumu «qaçılmaz» adlandıraraq alqışlamışdı.

Hətta dəmir barmaqlıqlar arxasından belə, Choudary Britaniyada təhlükəli nüfuza malikdir. Mauro belə deyir.

«Böyük Britaniyada istənilən cihadçı hücumunda onun fanatlarının əlinin olub-olmadığını məndən soruşsanız, «bəli» cavabını verərdim. O, sabah dünyasını dəyişsə belə, təsiri qalacaq», – Mauro deyir.

XS
SM
MD
LG