Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 10:34

Polşada prezident etirazlara səbəb olan məhkəmə islahatına veto qoydu


Andrzej Duda

Polşa prezidenti Andrzej Duda məhkəmə islahatı ilə bağlı qanuna veto qoyacaq. Bu barədə iyulun 24-də prezident öz çıxışında bildirib. Qeyd edib ki, ölkədə məhkəmə islahatı aparmağa ehtiyac var, amma islahatın məğzi daha çox düşünülməlidir və cəmiyyətdə fikir ayrılığı yaratmamalıdır.

«Mən qanunu Seymə geri qaytarmağı qərara aldım, başqa sözləAli məhkəmə vəo cümlədən Milli məhkəmə şurası barədə qanunlara veto qoyuram. Və mən elan edirəm ki, hakimlər Milli məhkəmə şurasına sadəcə parlamentsə səsçoxluğu qazanmaqla təyin oluna bilməz, təəssüf ki, hazırkı qanun layihəsində belə bir bənd var idi və mən bir prezident kimi bununla razı deyiləm» - deyə Duda bildirib.

Polşada sözügedən qanun islahatına qarşı müxalifətin mitinqləri 8 gün davam edib. İyulun 23-də Varşavada nümayişçilər Prezident sarayının qarşısına toplaşıblar. Əllərində Polşa və Avropa Birliyinin bayraqlarını tutan aksiyaçılar «Müstəqil məhkəmə», «Azadlıq, bəbabərlik, demokratiya» və «Azad Polşa» kimi şüarlar səsləndiriblər.

Etirazçılara görə, qanunvericiliyə nəzərdə tutulan dəyişiklik hakimiyyətin məhkəmə sistemi üzərində nəzarətini gücləndirəcək.

Hakim partiyadan olanlarsa hesab edirlər ki, sosialist dövründən qalan məhkəmə sistemində «ciddi dəyişikliklər»ə, o cümlədən kadr dəyişikliklərinə ehtiyac var.

Yerli müxalifətlə yanaşı Avropa Birliyi də sözügedən dəyişiklik istəyini pisləyirdilər, hesab edirdilər ki, bu dyişiklik məhkəmə sisteminin müstəqilliyinə və qanunun aliliyinə xələl gətirə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG