Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:23

14 partlamamış hərbi sursat aşkarlanıb


Minaaxtaran
Minaaxtaran

-

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Ağdam, Goranboy və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar haqqında hesabat yayıb.

AZƏRTAC-ın xəbərinə görə, Tərtər rayonunun Qapanlı kəndində gün ərzində 5 ev və həyətyanı sahələrdə 14 partlayış yerinə baxış keçirilib. 13 partlamış, 1 partlamamış 152 millimetrlik top mərmisi aşkar olunaraq götürülüb.

Ağdam rayonunun Şükürağalı kəndində Hümbət Rzayevin həyətinə baxış keçirilib. Həyətə düşən 122 millimetrlik top mərmisi 1 metr dərinlikdə tam partlayıb.

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində 11 ev və həyətyanı sahələrdə mərmilərin düşüb partladığı ərazilər yoxlanılıb. Sursatların qalıqları çıxarılıb.

Agentlik aprelin 7-dən 12-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 153 ev və həyətyanı sahələrə baxış keçirib. 14 partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda xüsusi təyinatlı mobil çevik qrupların minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə əməliyyatları davam etdirdiyi bildirilir.

XS
SM
MD
LG