Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:59

Ana oğlunun Suriyada xidmətdə olduğunu sübut edə bilmir


Vera Shalaeva əlində oğlundan qalan saatı tutub
Vera Shalaeva əlində oğlundan qalan saatı tutub

Oğlunun ölümündən 7 ay ötsə də, ana Vera Shalaeva onun sığortapulunu və adına olan mükafatı ala bilmir

Rusiyalı dənizçi Vladislav Shalaev Suriyada hərbi əməliyyatlara qatılandan sonra vətənə qayıdıb. Burada ömrü uzun sürməyib – cəmi bir neçə gün. İndi ölümündən 7 ay ötsə də, anası Vera Shalaeva oğlunun sığorta pulunu və adına olan mükafatı ala bilmir. Vera Shalaevabunları almaqdan ötrü oğlunun gerçəkdən Suriyada döyüşdüyünü məhkəmədə sübut etməlidir.

Beləcə, Vera Vladimirovna təzə evində sevinə bilmir. Axı bu evi oğlunun da ayrıca otağı olsun deyə almışdı. Di gəl, ona bu evdə yaşamaq qismət olmadı, Suriyadan gəlməyi ilə ölməyi bir neçə gün çəkdi. Vladislavın rəsmi ölüm səbəbi kimi kəskin ürək çatışmazlığı göstərilib.

Dənizçilər göyərtədə yatırmış

Ana əminliklə deyir ki, oğlunun ölümünə Suriyadakı ağır xidmət səbəb olub, çünki dənizçi kimi ağır şəraitdə xidmət edirmiş. Oğlunun saatını titrək barmaqlarıyla o üz-bu üzə çevirən ana deyir:

"O, sözarası,mənə demişdi ki, göyərtəyə çıxıb elə orda da yatırlar, axı orda necə nəfəs almaq olar? Onların oraya dəniz gəzintisinə getmədiyini anlayıram, ancaq bütün bunlar sağlamlığa təsir edir, axı".

Vera Vladimirovanın oğlunun ölümündən artıq 7 ay keçsə də, ana indiyədək Müdafiə Nazirliyindən bir qəpik də kompensasiya almayıb. Üstəlik, Suriyadakı əməliyyatlara qatılmış şəxs kimi, oğluna çatacaq medalı da ala bilmir.

Vladıslavın anası onu da deyir ki, oğlu xidmət zamanı yaxşı maaş alacağını düşünürmüş. Ancaq oğlunun alacaqları indi ana üçün tapmacaya çevrilib. Hərbi rəsmilər deyirlər ki, oğlunun xidmət etdiyi "Varyaq" gəmisi Suriyadakı hərbi əməliyyatlarda heç iştirak etməyib:

"Bu, necə ola bilər? Axı "Döyüş əməliyyatlarında iştiraka görə medalı var. Ancaq indi məlum olur ki, onlar iştirakçı deyillər. Mütləq atışma nəzərdə tutulur? Onlar müharibədə olublar.Bizim təyyarələr onlara görə rahat uçurdular.Axı, niyə iştirakçı sayılmasınlar?".

Sakit Okean Donanmasının komandanlığı "Varyaq"ın dənizçilərinə döyüş şəraitində ödəməli məbləği verməkdən rəsmən imtina edib. Bunu da onların Suriyadakı döyüşlərdə iştirak etməmələriylə əsaslandırıb. Rəhbərlikdən çəkindiklərindən, dənizçilərin özü bu barədə mətbuata danışmaq istəməsə də,onlara çatacaq pulu ala biləcklərinə ümidlərini itirməyib. Ancaq Vera Vladimirovna artıq heç nədən çəkinmir. İndi donanma rəhbərliyini məhkəməyə verib və oğlunun hüquqlarının məhkəmə yoluyla təmin olunmasını tələb etməyə hazırlaşır.

Sübutları ana özü toplayır

Vəkil Andrey Katsaylidi deyir ki, dənizçinin hərbi əməliyyatda iştirakıyla bağlı sənəd olsa, işə əlavə ediləcək:

"Əməliyyat olubmu,o əməliyyatda iştirak edibmi, ondan başqa daha kimlər iştirak edib? Bu cür zəncirvari yolla məsələni sübut etmək olar. Bu sübutlar olarsa, iddia da təmin ediləcək".

Vladislav Shalaev
Vladislav Shalaev

İndi Vera Shalaeva bütün bunlarla bağlı sorğular göndərir ki, sübutları toplasın. Axı özü bunları eləməsə, heç kim eləməyəcək.

Qərb mediası dəfələrlə Rusiyadan Suriyaya gedən gəmi karvanının ətrafa sıx tüstü buraxdığını, bunun məxfilikdən daha çox Rusiya donanmasının sınıq-salxaqlığını Avropanın gözündən gizlətmək məqsədi güddüyünü yazıb.

Qəzetlərin yazdığına görə sovet dövründən qalmış təyyarədaşıyanları yedək gəmilər müşayiət edir. Gəmi sıradan çıxmaq ərəfəsində olanda belə davranırlar. Vaxtilə Rusiya gəmilərində olmuş Britaniya dənizçiləri bildirb ki, həmin gəmilər o qədər köhnədir ki, hətta bəzilərinin tualetləri də işləmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG