Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:41

Amnesty 14 ildən sonra yenidən Özbəkistana gəlir


2014-cü il. Özbəkistanın Berlindəki səfirliyi qarşısında Amnesty-nin təşkil etdiyi etiraz aksiyası
2014-cü il. Özbəkistanın Berlindəki səfirliyi qarşısında Amnesty-nin təşkil etdiyi etiraz aksiyası

Amnesty International insan haqları təşkilatının nümayəndə heyəti 14 illik fasilədən sonra ilk dəfə olaraq Özbəkistana gəlir.

Mayın 22-də verdiyi bəyanatla təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya regional ofisinin direktoru Marie Struthers bildirir ki, o və müavini bu günlərdə Daşkəndə səfər edəcəklər.

Bəyanatda deyilir ki, nümayəndələr hökumət rəsmiləri və ictimaiyyətlə görüşlər keçirəcəklər.

Struthers bildirib ki, Amnesty rəsmi Daşkəndə təqdim edilmək üçün tövsiyələr siyahısı hazırlayıb.

Amnesty International nümayəndələri son dəfə Özbəkistanda 2004-cü ildə olublar. O vaxt Daşkənddə ölüm hökmlərinin qadağan edilməsinə həsr olunmuş konfrans keçirilirdi.

2017-ci ilin sentyabrında başqa bir nüfuizlu insan haqları təşkilatının - Human Rights Watch-un nümayəndə heyəti 7 illik fasilədən sonra Özbəkistana baş çəklib.

Bu iki təşkilatın Daşkənddə ofis açmasına icazə verilmirdi.

Ölkənin yeni prezidenti Shavkat Mirziyoev İslam Karimovun iki onillik davam edən repressiv rejimindən sonra Özbəkistanda insan haqlarının yaxşılaşacağına müəyyən ümidlər verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG