Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:57

“Amnesty International”ın Türkiyədə saxlanan 6 əməkdaşı həbsdə qaldı


“Amnesty International” hüquq-müdafiə təşkilatının Türkiyə direktoru Idil Eser

Türkiyədə məhkəmə “Amnesty International” hüquq-müdafiə təşkilatının Türkiyə direktoru Idil Eser və daha beş insan haqları fəalını həbsdə saxladı. Bu barədə Huriyyet qəzeti məlumat yayıb.

“Amnesty International”ın iyulun 5-də saxlanan 10 əməkdaşının həbs olunması barədə qərar çıxarılması tələbi ilə Baş Prokurorluq iyulun 17-də məhkəməyə müraciət edib.

Təşkilat rəhbəri və təşkilatın İsveç və Almaniya vətəndaşları da daxil doqquz nəfər əməkdaşı iyulun 5-də saxlanan zaman İstanbul yaxınlığındakı otellərdən birində informasiya menecmenti və digital təhlükəsizliklə bağlı təlim keçirirmişlər.

Prezident Tayyip Erdogan “Amnesty International”ı ölkədə növbəti çevrilişə hazırlıqda suçlayıb.

«Sözügedən adamlar sizcə otelə niyə toplaşıblar? Təəssüf ki, onların görüşü əslində keçən ilki zərbənin davamı idi» - deyə Erdogan bildirib.

“Amnesty International” prezidentin dedikləri ilə razılaşmır. Qurum əməkdaşlarına qarşı ittihamları absurt sayır və ölkədə insan haqlarının pozulmasının davam etdiyini bəyan edir.

Türkiyə Baş Prokurorluğu məhkəməyə müraciətində sözügedən hüquq müdafiəçilərini «terror təşkilatları» ilə əməkdaşlıqda ittiham edib, söhbətin hansı təşkilatlardan getdiyi açıqlanmır. Amma məhkəmə onlardan dördünün ölkəni tərk etməsinə qadağa qoyulmaq şərtilə həbsdən azad olunması barədə qərar çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG