Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:25

ABŞ 'İsrailə görə' UNESCO-dan çıxır


UNESCO-nun Parisdəki baş qərargahı
UNESCO-nun Parisdəki baş qərargahı

Birləşmiş Ştatlar UNESCO-nu “anti-İsrail qərəzində” ittham edərək bu təşkilatdan çıxdığını bildirib.

Dövlət Departamentinin sözçüsü xanım Heather Nauert oktyabrın 12-də bəyan edib ki, Birləşmiş Ştatlar dekabrın 31-dən etibarən BMT-nin Elm və Mədəniyyət Təşkilatında iştirakını “müşahidəçi missiya” formatında davam etdirəcək.

Sözçü əlavəüedib ki, “bu qərar asan qəbul edilməyib və bu addım ABŞ-ın UNESCO-da artmaqda olan ödənməmiş üzvlük haqları məbləğindən, təşkilatda keçirilməli olan təməl islahatlardan və anti-İsrail qərəzindən qaynaqlanan narahatlığı əks etduirir”.

UNESCO-nun rəhbəri İrina Bokova ABŞ-ın qərarından “dərin məyusluq” ifadə edib və bu qərarı “çoxtərəfliliyin itirilməsi” adlandırıb.

ABŞ-ın bu qərarından sonra İsrail də UNESCO-nu tərk etdiyini bildirib. Baş nazir Benjamin Netanyahu bəyan edib ki, təşkilat “tarixi mühafizə etməkdənsə, onun təhrif edilməsi ilə məşğuldur”.

UNESCO-nun rəhbəri İrina Bokova ABŞ-ın qərarından "dərin məyusluq" ifadə edib
UNESCO-nun rəhbəri İrina Bokova ABŞ-ın qərarından "dərin məyusluq" ifadə edib

İsrail şikayətlənir ki, UNESCO Yerusəlimdəki tarixi yerlərin və Fələstin ərazilərinin mənsubiyyətinə dair mübahisələrdə tərəfkeşlik edir.

AzadlqıqRadiosu yazır ki, Vaşinqton 2011-ci ildə Fələstinin üzvlüyə qəbul olunmasına cavab olaraq UNESCO-nun maliyyələşdirilməsini dayandırmış, lakin bununla belə BMT agentliyinin Parisdəki baş qərargahında öz ofisini saxlamışdı.

UNESCO başqa fəaliyyətlə yanaşı, həm də dünya boyunca mədəniyyət obyektlərini mühafizə edir, yoxsul ölkələrdə qızların təhsilinə dair layihələri həyata keçirir, media azadlığını təbliğ edir və Holokostun dəhşətləri barədə maarifləndirici tədbirlər keçirir.

Birləşmiş Ştatlar bundan əvvəl də, 1980-ci illərdə UNESCO-dan çıxmışdı. O zaman Vaşinqton bu addımını təşkilatın siyasiləşməsi ilə əlaqələndirmişdi.

ABŞ UNESCO-ya yenidən 2003-cü ildə qoşulmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG