Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 03:06

Suriyada ABŞ koalisiyası Türkiyənin dəstəklədiyi qiyamçılara cavab atəşi açıb


ABŞ koalisiyasının qüvvələri Suriyanın şimalındakı Mənbic şəhəri yaxınlığında dəfələrlə atəşə tutulduqdan sonra cavab atəşi açmağa məcbur olub.

Reuter xatırladır ki, burada ABŞ qüvvələri Türkiyə tərəfindən dəstəklənən qiyamçıların nəzarətində olan ərazinin yaxınlığında patrul keşiyi çəkir.

Bu barədə məlumatı koalisiya qüvvələrtinin sözçüsü polkovnik Ryan Dillon verib.

O xeyib ki, “bizim qüvvələrimiz atəşə tutulub və cavab atəşi açdıqdan sonra təhlükəsiz əraziyə çəkilib”.

Reuter yazır ki, baş vermiş insident Suriyanın şimalındakı döyüş meydanının nə qədər mürəkkəb olduğunu bir daha nümayiş etdirib.

Burada Rusiya tərəfindən dəstəklənən Suriya ordusunun əsgərləri, ABŞ koalisiyasından dəstək alan kürd döyüşçülər və Vaşiqntonun NATO müttəfiqi Türkiyə tərəfindən dəstəklənən qiyamçılar var.

Dillon deyib ki, koalisiya qüvvələri Türkiyəyə onların üzərinə atəş açılmaslının “yolverilməz” olduğu barədə xəbərdarlıq verib.

Suriyanın şimalındakı ABŞ quru qoşunları burada kürd və ərəblərin alyansından ibarət Suriya Demokratik Qüvvələrinə (SDQ) İŞİD-lə mübarizədə dəstək verir.

Ötən il Türkiyə bu ərazidə Suriya qiyamçılarının hücumuna dəstək verib. Bu hücum nəticəsində həm İŞİD, həm də kürd qüvvələri geriyə oturdulub.

Türkiyə tərəfindən dəstəklənən qiyamçılarla SDQ arasında Suriyanın Amerika əsgərləri olmayan başqa ərazilərində də kiçik çaplı silahla atışmalar olur.

Lakin Dillon bildirib ki, ABŞ qüvvələrinin patrul keşiyi çəkdiyi ərazi son iki həftədə sürəkli olaraq atəşə tutulub.

Dillon bunu da əlavə edib ki, “türkiyəli müttəfiqlər bu barədə məlumatlandırılıb, lakin ABŞ qüvvələri lazım gələrsə özlərini müdafiə etməyə hazırdırlar”.

ABŞ qüvvələri keçşik çəkdikıəri ərazidə hər hansı anlaşılmazlığın önlənməsi üçün Amerika bayrağını qaldırıblar.

Maraqlıdır ki, Rusiyanın hərbi polisi də şimali Suriyada keşik çəkir və buradakı Suriya ordusu əsgərləri və kürd YPG qüvvələri faktiki olaraq onların himayəsindədirlər.

Əslində YPG kürd qüvvələri ABŞ-ın dəstəklədiyi SDQ-nin tərkibinə daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG