Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 01:59

ABŞ Fondu Sabirabadda yol çəkməyə yardım edib


USAID banner

Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində Sabirabad rayonunun Surra kənd sakinləri yol təmiri layihəsinin başa çatmasını qeyd ediblər.

Tədbirdə ABŞ səfirinin həyat yoldaşı Ann Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib. Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən yerli ÜMİD təşkilatı ilə əməkdaşlıqda icra olunub.

“ABŞ Azərbaycan xalqına dəstək göstərməyə sadiqdir. Bu layihə Amerika xalqının Azərbaycan xalqına səmimi münasibətinin təzahürüdür”, xanım Sekuta qeyd edib.

Təmir olunmuş 500 metrlik yol 1300-dən çox kənd sakininin həyat şəraitini yaxşılaşdıracaq. Yeni yol gediş-gəliş vaxtını və xərcini azaldacaq, məktəbə davamiyyəti artıracaq, fövqəladə vəziyyətlərdə yardım göstərmək imkanlarını yaxşılaşdıracaq və rayon mərkəzinə çıxışı asanlaşdıracaq.

Xanım Sekuta Sabirabad rayonunun Axıska kənd bağçasına da baş çəkib. O uşaqlara tədris materialları və oyuncaqlar hədiyyə edib. Bağça Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində USAID və Azərbaycan hökumətinin birgə maliyyəsi ilə tam təmir olunub və 2015-ci ilin oktyabr ayında istifadəyə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG