Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 22:28

ABŞ konsulluqları rusiyalılara viza verilməsini qismən bərpa edir


ABŞ-ın Rusiyadakı səfiri Jon Huntsman

ABŞ-ın Rusiyanın üç şəhərində yerləşən konsulluqları gələn həftədən qeyri-mühacir vizalarının verilməsi üçün ərizəçilərlə müsahibələri bərpa edəcək.

Rusiyalılara qeyri-immiqrant vizalarının verilməsi, dörd ay bundan əvvəl, Moskvanın Rusiyadakı ABŞ diplomatik missiyasının heyətini kəskin ixtisar etmək qərarına cavab olaraq dayandırlmışdı.

ABŞ-ın Rusiyadakı səfirliyinin 4 dekabr tarixli bəyanatında deyilir ki, Sankt Peterburq, Yekaterinburq və Vladivostok şəhərlərindəki konsulluqlarda dekabrın 11-dən etibarən “məhdud qaydada qeyri-immiqrant vizalarının verilməsi üçün müsahibələr bərpa olunacaq”.

Bəyanatda deyilir ki, səfir Jon Huntsman rusiyalıların Birləşmiş Ştatlara səfər etməsini, “mədəniyyətimizi öz gözləri ilə görməsini, universitetlətrimizdə oxumasını və ABŞ şirkətləri ilə biznes etməsini istəyir”.

Bəyanatda daha sonra bildirilir: “Odur ki, biz bu məhdudlaşdırlmış əməliyyatı bərpa etmək qərarına gəlmişik. Biz inanırıq ki, adamlar arasında üzbəüz ünsiyyət və ABŞ-Rusiya biznes bağları ikitərəfli münasibətlərin bel sütunudur”.

Bununla belə, səfirlik bəyan edir ki, vizaların verilməsi Rusiya Federasiyasının əsassız olaraq ABŞ missiyasının ixtisarına göstəriş verməsindən əvvəlki səviyyə qayıtmayacaq.

Səfirlik viza verilməsi əməliyyatlarının məhdudlaşdırılmasını məhz diplomatik heyətin ixtisarı ilə izah edir və bildirir ki, “bunlar Rusiyanın qərarından doğan xoşagəlməz nəticədir”.

Birləşmiş Ştatlar Rusiyada qeyri-mühacir vizalarının verilməsini avqustun 23-dən dayandırmışdı. O vaxt ABŞ kəşfiyyatı Rusiyanın ABŞ seçkisinə kiberhücumlar və hakerliklə təsir göstərmək cəhdləri barədə yeni faktlarını açıqlamışdı.

Kəşfiyyat rəsmiləri bunu da bildirmişdilər ki, Moskva bu seçkidə Donald Trump-ın qələbəsinə açıq-aşkar rəğbət ifadə edirdi.

ABŞ Konqresi Rusiya üzərinə yeni sanksiyalar qoyan və prezident Trump-ın bu sanksiyaları birtərəfli qaydada qaldırmasını mümkünsüz edən qanunu qəbul etdikdən sonra, iyulun 28-də Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, ABŞ sentyabrın 1-dək özünün Rusiyadakı diplomatik heyətinin sayını 755 nəfər azaltmalıdır.

Rusiya rəsmiləri Trump-ın qələbəsindən sonra Moskva və Vaşinqton araslında münasibətlərin yaxşılaşacağına ümid edirdilər. Lakin ABŞ Ədliyyə Nazirliyi və Konqres komitələri Rusiyanın ABŞ seçkisinə iddia edilən müdaxiləsini araşdırmağa başlayanda bu ümidlər də əriyib getmişdi.

Putin Moskvanın ABŞ seçkisinə müdaxiləsi barədə ittihamları rədd edir, Trump-sa bildirir ki, onun seçki kampaniyası ilə Rusiya hökuməti arasında heç bir sövdələşmə olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG