Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Qarabağ ermənilərinin danışıqlara tərəf kimi qatılacağı gözlənilmir


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Richard E Hoagland

Azatutyun yazır ki, ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Richard E. Hoagland regiona səfər edərək Qarabağ münaqişəsi tərəflərinin mövqeləri ilə tanış olacağı günü səbirsizliklə gözləyir.

Ermənistanın Armenpress agentliyinə müsahibə verən ABŞ diplomatı deyib ki, onun ölkəsi həmişə olduğu kimi bu münaqişənin dinc yolla həll edilməsinə tərəfdardır.

Armenpress iddia edir ki, yanvarın 9-da yaydıqları bəyanatda Minsk Qrupunun həmsədrləri ötən il dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində yerləşən erməni kəndi Çinari yaxınlığında “Azərbaycanın təxribat cəhdi” ilə bağlı təfərrüatlardan qaçıblar.

Armenpressin bu xüsusda sualına, başqa sözlərlə bəyanatda Azərbaycan tərəfinin təqsirləndirilməməsinin səbəbi barədə suala cavab olaraq Hoagland deyib ki, həmsədrlər ümumən bütün tərəfləri zorakılıqlardan çəkinməyə çağırırlar.

“İstənilən zorakılıq nizamlamanı ləngidir və region xalqalarının iztirablarını uzadır” – deyib ABŞ diplomatı.

Bu xəbərdə sözü gedən hadisə Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 30-da yaydığı məlumatda tam əksinə təsvir edilib və bildirilib ki, “dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən pusquya düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib”.

Azərbaycan mediasının xəbərlərində deyilirdi ki, Ermənistan tərəfdən 3, Azərbaycan tərəfdən 1 hərbçi həlak olub.

Armenpress agentliyinin məlumatına görə Dağlıq Qarabağ ermənilərinin danışqılar prosesinə müstəqil tərəf kimi qoşulması perspektivi barədə sualın cavabında Richard Hoagland deyib ki, yaxın gələcəkə danışıqlar çərçivəsinin dəyişəcəyi proqnozlaşdırılmır.

Amerikalı həmsədr regiona səfərinin dəqiq vaxtı barədə heç bir məlumat verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG