Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:33

ABŞ və Britaniya təyyarələrin sərnişin salonunda elektron cihazları qadağan etdi


Birləşmiş Ştatlar və Britaniya elan ediblər ki, bu ölkələrə Yaxın Şərq və Şimali Afrikanın bir neçə hava limanlarından uçan təyyarələrin sərnişin salonularında elektron cihazların olması qadağan edilir.

ABŞ-ın Daxili İşlər Nazirliyi bəyan edib ki, Yaxın Şərq və Şimali Afrikanın 8 ölkəsinə aid 9 aviasiya şirkətinin sərnişinləri Amerikaya uçarkən elektron cihazlarını – noutbuklarını, tabletlərini, kameralarını , DVD qurğularını və elektron oyun cihazlarını baqaja verməli olacaqlar.

Təyyarələrin sərnişin salonlarına yalnız cib telefonlarını keçirmək mümkün olacaq.

Bu qadağan Birləşmiş Ştatlara Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya, Küveyt Mərakeş, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən uçan reyslərə şamil ediləcək.

Sərnişin salonlarında elektron cihazların olmasına qadağan qoyulan aviaşirkətlər bunlardır: Royal Jordanian, EgyptAir, Turkish Airlines, Saudi Arabian Airlines, Kuwait Airways, Royal Air Maroc, Qatar Airways, Emirates və Etihad Airways.

Hava yolları şirkətlərinin qadağana əməl edilməsinə başlamaq üçün martın 25-dək vaxtları var.

ABŞ-dan gələn qadağanın ardınca Böyük Britaniya da bu ölkəyə Türkiyə, Livan, İordaniya, Misir, Tunis və Səudiyyə Ərəbistanından uçan reyslərdə təhlükəszilik qaydalarını sərtləşdirmək barədə qərar qəbul edib.

ABŞ Daxili İşlər Nazirliyi bildirib ki, “kəşfiyyat məlumatları terrorçu qrupların Amerikaya uçan təyyarələrə hücum planlaşdırmaqda davam etdiklərini göstərib”.

Nazirliyin bəyanatında deyilir ki, sözü gedən terror qruplaşmaları təyyarə salonlarına təhlükəli materialalrın keçirilməsinə çalışırlar.

ABŞ rəsmiləri bildiriblər ki, qadağan “təhlükə tam aradan qalxanadək” qüvvədə olacaq.

Emirates şirkətinin sözçüsü deyib ki, onun məluimatına görə qadağan bu ilin oktyabrınadək şamil ediləcək.

Səudiyyə Ərəbistanı Ciddə və Riyad beynəlxalq hava limanlarından ABŞ-a uçan təyyarələrdə təhlükəsizlik tədbirlərinin artırıldığını təsdiq edib.

Bu qadağan ümumlikdə 50 reysdə tətbiq ediləcək.

Bu arada Türkiyənin Nəqliyyat Nazirliyi qadağanı pisləyib və bildirib ki, onun ləğvi üçün Vaşinqtona mçüraciət ediləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG