Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:44

Çikaqoda Amerika Yazıçıları Muzeyi açılır


Yeddi il davam edən hazırlıqdan sonra nəhayət mayın 17-də Çikaqoda Amerika Yazıçıları Muzeyi (The American Writers Museum) açılır.

The News & Observer qəzeti yazır ki, ofislərin yerləşdiyi binanın yalnız bir mərtəbəsində yerləşən bu muzeydə təkcə roman, memuar və poeziya sənəti yox, həm də dram, jurnalistika, rep poeziyası və hətta məzhəkə kimi janrlar təmsil olunub.

Amerikanın müxtəlif şəhərlərində ayrı-ayrı yazıçı və şairlərin ev-muzeyləri mövcud olsa da, Çikaqo muzeyi ABŞ-ın ilk ədəbiyyat muzeyidir.

Qəzet yazır ki, ölkə coğrafiyasında mərkəzi yer tutan və Saul Bellow, Carl Sandburg, Nelson Algren və James T. Farrell kimi yazıçılarla birbaşa bağlı olan Çikaqo belə bir muzey üçün ideal məkandır.

Michigan Avenue küçəsində Citibank və makaron mağazasının arasında yerləşən ofis binasının ikinci mərtəbəsində yerləşən muzeyin nə mərmər döşəməsi, nə də böyük sütunları var. Əvəzində muzey məktəblilərin asanlıqla ekskursiyaya gətirilə biləcəyi və adamların ailəliklə baş çəkə biləcəkləri məkanda yerləşir.

Muzeyin zallarından biri öz əsərlərini yaratmaq istəyənlər üçün ayrılıb. Burda masaların üstündə onları bloknotlar və qələmlər gözləyir.

Muzeyin oxu zalı isə həm də kitab mağazasıdır. Buradakı divarları məşhur yazıçıların məşhur kəlamları bəzəyir.

Bu da qeyd edilir ki, əsasən özəl maliyyə ilə yaradılmış bu muzeyin ideyası Dublindəki Yazıçılar Muzeyindən gəlir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG