Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:35

İranla nüvə razılaşmasının açması


Natanzda sentrifuqalar - 2012
Natanzda sentrifuqalar - 2012

-

Aprelin 2-də beynəlxalq vasitəçilər İranın nüvə proqramı üzrə yekun sazişin çərçivə anlaşmasını əldə ediblər. Yekun saziş iyunun 30-dək razılaşdırılmalıdır. vox.com saytı bu sənədin əsas müddəalarını sadə dildə anladır:

SENTRİFUQALAR

İrana icazə veriləcək ki 6 min sentrifuqa saxlasın: 5 minini – Natanzda, minini Fordo nüvə obyektində.

Sentrifuqa uran zənginləşdirilməsi, nüvə yanacağı alınması üçün istifadə olunan cihazdır. Uran uzun müddət sentrifuqada zənginləşdiriləndə, ondan nüvə bombası hazırlana bilər. Hazırda İranın 20 min sentrifuqası var, beləliklə çoxundan əl çəkməli olacaq. Həm də İrana icazə veriləcək ki, ancaq köhnə, birinci nəsil sentrifuqalardan yararlansın.

Yəni, İranın nüvə proqramının miqyası xeyli kiçiləcək.

URANIN ZƏNGİNLƏŞDİRİLMƏSİ

İrana icazə verilir ki, uranı 3.67 faizədək zənginləşdirsin Yəni, İrana imkan verilməyəcək ki, xam uranı nüvə enerjisi zavodunda istifadə olunan yanacağa çevirsin.

İranın nüvə enerjisi ola bilər, nüvə yanacağı da hazırlaya bilər, ancaq nüvə bombasına doğru yolu bağlanır (bu zaman uran 90 faiz zənginləşdirilir).

EHTİYAT

İrandan tələb olunur ki, zənginləşdirilmiş uran ehtiyatını 10 min kiloqramdan 300 kiloqrama endirsin. Yəni, İran nüvə ehtiyatının 97 faizindən əl çəkməlidir.

Bəs İran bu ehtiyatı əlindən necə verəcək? ABŞ və İran arasında bu məsələdə bərk narazılıq vardı. Deyəsən, hələ də cavab tapılmayıb.

SANKSİYALARIN YUMŞALDILMASI

BMT-nin nüvə agentliyi İranın bu sazişin tələblərini yerinə yetirdiyini təsdiqləyəndən sonra ABŞ və Avropa Birliyi sanksiyaları qaldıracaq. BMT-nin Təhlükəsizlik Şurası sanksiyaları o zaman qaldırır ki, İran nüvə problemləri ilə bağlı bütün məsələləri həll edir. ABŞ-ın qeyri-nüvə, məsələn İranın terrorçuluğu dəstəkləməsi məsələləri ilə bağlı sanksiyaları yerində qalır.

İran tələbləri pozarsa, sanksiyalar qayıdacaq. Ancaq hələ bilinmir ki, İranın tələbləri yerinə yetirdiyi nə vaxt müəyyənləşəcək? Sanksiyalar hamısı birdənmi qaldırılacaq, yoxsa mərhələ ilə?

NÜVƏ QURĞULARI

İrana icazə verilir ki, Natanzdakı nüvə qurğusundan zənginləşdirmə üçün istifadə etsin. Fordodakı obyektdən də tədqiqat laboratoriyası kimi faydalana bilər. Yəni, İran möhkəm qorunan obyektlərinə çıxışı saxlayır. Bu, İran uçun milli qürur məsələsi idi. Beynəlxalq müfəttişlərin də bu qurğulara çıxışı olacaq, yəni onlar daha gizli obyektlər sayılmayacaq.

ARAK PLUTONİUM ZAVODU

İrandan tələb olunur ki, Arakdakı plutonium zavodunu yenidən qursun. Elə qursun ki, ancaq enerji -dərəcəli plutonium istehsal etsin, işlənmiş plutonium da zavoddan çıxarılsın. İran Arak zavodunu potensial silah-dərəcəli plutonium hazırlanması və saxlanması üçün tikib. İndi zavodun təyinatı dəyişməlidir, ancaq nüvə enerjisi hazırlanmalıdır.

TƏFTİŞLƏR

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişləri İranın nüvə obyektlərinə girə biləcək. İkili-istifadə texnologiyalarına, «şübhəli sahələrə» çıxışları olacaq. Yəni, müfəttişlər İranın istənilən nüvə fəaliyyətilə məşğul olduğu yerləri yoxlayacaq. Bura əsas obyektlər deyil, ikinci dərəcəli qurğular da daxildir.

Qısası, İran aldatmağa çalışsa, dünya bundan xəbər tutacaq.

XS
SM
MD
LG