Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 04:56

İran ABŞ-ın sanksiyalarına cavab verdi


İran parlamenti avqustun 13-də qəbul etdiyi qanunla ABŞ-ın qoyduğu sanksiyalara cavab verib.

Qanun Tehranın mübahisəli raket proqramına və İnqilab Qvardiyasına ayrılan maliyyənin artırılmasını nəzərdə tutur.

Qanun səs çoxluğu ilə qəbul edilib. Deputatlar ABŞ-a qarşı şüarlar da səsləndiriblər.

Avqustun əvvəlində ABŞ Konqresi İranın raket proqramına sanksiya qoyulması haqda qanun qəbul edib. Prezident Trump qanunu imzalayıb.

İran onun raket proqramının BMT qətnaməsinə zidd olduğunu qəbul etmir.

BMT 2015-ci ildə qəbul etdiyi qətnamə ilə İranın dünyanın aparıcı dövlətləri ilə bağladığı sazişi təsdiq edib. Eyni zamanda İtanı nüvə başlığı daşıya bilən raketlərin sınağını keçirməməyə çağırıb.

İran belə raketlər düzəltmədiyini deyir.

Buna da bax: Şimali Koreya yeni növ raketlərin sınağını belə keçirdi

Günün bütün mövzuları

XS
SM
MD
LG