Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:22

Azərbaycanda Yalançı Elmə Qarşı Mübarizə komissiyası yaradılıb


AMEA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yalançı elmlə mübarizə aparacaq. Akademiyada bu məqsədlə Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiya yaradılıb.

Trend-in xəbərinə görə, bununla bağlı qərar AMEA-nın Rəyasət Heyətinin dekabrın 7-də keçirilən toplantısında qəbul edilib.

Buna da bax:​ Azərbaycanda elmə 35 milyon manat qrant xərclənib - nəticəsi varmı?

Xəbərə görə, AMEA-nın prezidenti Akif Əlizadə deyib ki, son illər həyata keçirilən islahatlar və təbliğat nəticəsində elmin nüfuzu cəmiyyətdə yüksəlib.

O, həmçinin söyləyib ki, bu sahədə bir sıra neqativ tendensiyalar müşahidə olunur. Xüsusilə yalançı elmə maraq artıb və elmi imitasiya tipli fəaliyyət genişlənib.

Buna da bax: AMEA-da texnologiya parkı yaradılır

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, yalançı elmlə mübarizə məqsədilə xüsusi komissiya yaradılması qərarına gəlib.

Multimedia

XS
SM
MD
LG