Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:02

Almanlar Putin-dən çox Trump-ın siyasətindən narahatdırlar


 Donald Trump (sağ) və Vladimir Putin
Donald Trump (sağ) və Vladimir Putin

ABŞ prezidenti Donald Trump almanları Rusiya prezidenti Vladimir Putin-dən daha çox narahat edir

FG Wahlen tədqiqat qrupunun Almaniyanın ictimai ZDF telekanalı üçün keçirdiyi sorğunun fevralın 18-də açıqlanmışnəticələrində belə deyilir.

"The Washington Post" qəzeti yazır ki, sorğuda rəyi soruşulanalmanların 78 faizi Donald Trump-ın siyasətindən "çox narahat" olduğunu bildirib. Qəzet müqayisə üçün bildirir ki, yanvarda bu göstərici 62 faiz olub. Respondentlərin 58 faizi Rusiya prezidenti Vladimir Putin-in siyasətindən narahat olduğunu, 40 faizi isə bunun onları narahat etmədiyini bildirib.

Buna da bax: Pence deyir ki, Avropa ABŞ-ın ‘ən böyük müttəfiqi’ olaraq qalır

Sorğu nə göstərdi?

Almaniya, „Der Spiegel” jurnalı
Almaniya, „Der Spiegel” jurnalı

Fevralın 14-dən 16-dək keçirilən sorğuda 1231 almanın rəyi soruşulub.

Sorğu sonuclarından Almaniyada Trump administrasiyasına inamın necə sürətlə dəyişdiyini görmək olur. Avropa Birliyinin ən güclü iqtisadiyyatına sahib Almaniya Birləşmiş Ştatların əsas müttəfiqlərindəndir. Sorğu nəticələrinin dərc edildiyi gün alman şərhçilər Trump-ın bir gün öncə keçirdiyi mətbuat konfransını "sürreal" adlandırırdılar.

“Sərt səslənir, ancaq bu yaddaqalan mətbuat konfransından sonra bizə Ağ Evdə bu adamın səhhətinin qaydasında olduğunu yoxlamaq üçün yaxşı tibb departamentinin olduğuna ümid etmək qalır,” -"Der Spiegel" dərgisinin Vaşinqton müxbiri Veit Medick belə yazıb.

Buna da bax: 'Avropa ABŞ-a boyun əyməməlidir'​

“Müsəlmanlara və islama qarşı cəbhə”yə qırmızı işıq

Fevralın 18-dəAlmaniya müdafiə naziri Ursula von der Leyen Münhendə keçirilən təhlükəsizlik konfransında birbaşa ad çəkməsə də, Trump-ın siyasətini və bəyanatlarını kəskin tənqid edib. Həmin vaxt ABŞ-ın müdafiə katibiJim Mattis və daxili təhlükəsizlik katibi John F. Kelly də auditoriyanın arasında olub. Ursula von der Leyen deyib ki, NATO dəyərlərini işgəncəyə məruz qoymaq qəbuledilməzdir. O, beynəlxalq terrorçuluqla mübarizənin "müsəlmanlara və islama qarşı cəbhəyə" çevrilməsinin də əleyhinə çıxıb.

Angela Merkel Kiel şəhərində dalğıc döyüşçülərə baxır,19 yanvar 2016
Angela Merkel Kiel şəhərində dalğıc döyüşçülərə baxır,19 yanvar 2016

Fevralın 19-da Almaniya kansleri Angela Merkel Münhen təhlükəsizlik konfransında çıxış edərək Trump-ın Transatlantika alyansına dəstəyi zəiflətməyə çalışdığı bir vaxtda çoxtərəfli əməkdaşlığın önəmini vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG