Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Almaniyada parlament seçkisi keçirilir


Angela Merkel və Martin Schulz
Angela Merkel və Martin Schulz

Sentyabrın 24-də Almaniyada parlament seçkiləri keçirilir.

İndiki kansler Angela Merkelin 4-cü dəfə qalib gələcəyi, eyni zamanda İkinci dünya müharibəsindən sonra qatı-sağçı partiyanın ilk dəfə parlamentə düşəcəyi gözlənilir.

Reuters və digər qərb agentliklərinin məlimatına görə, seçkiqabağı keçirilən rəy sorğusu, Merkelin rəhbərlik etdiyi mühavizəkar “Xristian-demokrat partiyası” və“Bavariya xristian ictimai birliyi” blokunun irəlidə getdiyini göstərir.

Ötən həftə Merkelə dəstəyin bir qədər azalmasına baxmayaraq, rəy sorğusu kanslerin 34-37 faiz səslə irəlidə olduğunu göstərir.

Onun ardınca isə 21-22 faiz səslə sosial-demokratlar gəlir.

Merkel sentyabrın 23-də-seçkiyə bir gün qalmış Berlində tərəfdarları qarşısında çıxış edərkən bildirib ki, qeyri-müəyyən seçicilərə təsir etmək üçün səyləri davam etdirmək lazımdır, çünki çoxları son anda qərar verir.

63 yaşlı Merkelin seçkidə əsas rəqibi olan sosial-demokrat Martin Schulz isə son mitinqini Qərbi Almaniyanın Axen şəhərində keçirib.

Hər iki lider seçiciləri populist, sağçı “Almaniya üçün alternativ” (AfD) partiyasına qarşı çıxmağa çağırıblar.

Bu partiya miqrantlara qarşıdır.

Həmçinin Almaniyanın sosial-demokrat xarici işlər naziri Sigmar Gabriel xəbərdarlıq edib ki, “İkinci dünya müharibəsinin bitməsindən sonra Almaniya parlamentində ilk dəfə əsil nasistlər oturacaq”.

Bu partiya parlamentdə 10-13 faiz yer qazana bilər.

Buna da bax: "Türkiyə Almaniyada yaşayan və ya ora gedən vətəndaşlarına xəbərdarlıq elədi"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG