Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:07

Evdən qaçmış alman yeniyetmə İraqda tapılıb


arxiv foto

İraqda islamı qəbul edəndən sonra evdən qaçmış almaniyalı qız tapılıb. Məlumatı Associated Press Drezden prokurorluğuna istinadən yazır. Linda U. adlı 16 yaşlı yeniyetmə yerli qanunlara görə artıq şəxsi həyat toxunulmazlığına malikdir. Prokurorluğun məlumatına görə, hazırda Almaniyanın İraqdakı səfirliyi qıza konsulluq yardımı göstərir.

Prokurorluq mətbuatda qızın Mosulda cihadçıların tərəfində döyüşməsi barədə gedən məlumatları təsdiqləməyib.

Bundan öncə İraq rəsmiləri bildirmişdilər ki, Mosulda alman olduğu ehtimal edilən əcnəbi qadını saxlayıblar. Əlavə ediblər ki, o, sosial şəbəkə vasitəsilə «İslam Dövləti» yaraqlılarına qoşulubmuş.

Sosial şəbəkələrdə sözügedən qadının şəkilləri yayılsa da, onun kimliyi açıqlanmayıb. Bəzi mənbələr onun Linda U. olduğunu yazıb, bəziləri isə onu çeçen döyüşçü kimi təqdim edib.

Almaniyada yerli mətbuat hələ ötən il yazırdı ki, Linda U. internet üzərindən «İslam Dövləti» yaraqlıları ilə əlaqədə olub. Əvvəlcə hicaba keçib, daha sonra ümumiyyətlə yoxa çıxıb. Anası sonradan çarpayısının altından Türkiyəyə aviabiletin nüsxəsini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG