Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Erdoğan Avropadakı türk miqrantları necə yoldan çıxarır


R.T.Erdoğan

Dünyada Türkiyə diasporunun sayı 6 milyondan artıqdır və çoxu Qərbi Avropada yaşayır. «The Economist» dərgisi yazır ki, prezident Recep Tayyip Erdoğan diasporu ciddi qəbul edən Türkiyə lideridir və bu da əməli nəticəsini verib. Aprel referendumunda diaspor türklərinin 59 faizi prezidentin səlahiyyətlərini artıran konstitusiya dəyişikliklərinə səs verdi. Türkiyənin özündəsə seçicilərin yarıdan azacıq çoxu həmin mübahisəli dəyişikliklərə «hə» demişdi.

İstanbulda yaşayan təhlilçi Sinan Ülgen deyir ki, Erdoğan-ın diaspora belə diqqət ayırmaqda üç məqsədi var: xaricdə türklərin maraqlarını irəlilətmək, ölkəsində millətçiləri ələ almaq və dərindən qütbləşmiş ölkəsində onu dəstəkləyən seçici sayını artırmaq.

UĞURSUZ İNTEQRASİYA SİYASƏTİ

Məqalədə qeyd olunur ki, Türkiyəylə Avropa Birliyi ölkələrinin münasibətləri Almaniyada 24 sentyabr seçkiöncəsi daha da pisləşib. Erdoğan almaniyalı türkləri hakim koalisiyadakı hər iki partiyadan, eləcə də Yaşıllardan üz döndərməyə çağırıb, çünki onun sözlərinə görə, onlar Türkiyəyə «düşmənçilik» sərgiləyirlər. Elə alman siyasətçilər də bu günlər Erdoğan hökumətini tənqid etmək üzrə yarışa giriblər.

***Buna da bax-Almaniya: 'Erdoğan-ın Türkiyəsi' heç vaxt Avropa İttifaqının üzvü olmayacaq

Almaniyada siyasətçilər Erdoğan-ın diaspora səslərini əldə etmək sahəsindəki uğurundan əndişələnirlər.

«Demokratik torpaqda böyüyənlərin Erdoğan-ın təklif etdiyi konstitusiya dəyişikliklərinə səs verməsi faciədir», – Şimali Reyn-Vestfaliya vilayətinin dövlət katibi Serap Güler deyib.

Türk kökənli Güler düşünür ki, bu, Almaniyanın illərdir alınmayan inteqrasiya siyasətinin bədəlidir.

Digərlərindən ötrüsə referendum digər narahatlıqları ortaya çıxardı. Məsələn, Niderland inteqrasiya barədə Almaniyadan öncə düşünməyə başlayıb. Ancaq Türkiyənin davranışı, məsələn, bəzi ikili vətəndaşlığı olan şəxsləri saxlaması müsəlman azlıqların rolu haqda müzakirələr yaradıb. Məsələ ondadır ki, Niderland türklərinin 75 faizi də Erdoğan-ın referendumunu dəstəkləyib.

Almaniyanın Köln şəhərində Erdoğan-a dəstək aksiyası - 31 iyul 2016
Almaniyanın Köln şəhərində Erdoğan-a dəstək aksiyası - 31 iyul 2016

PARALEL CƏMİYYƏT, YOXSA...?

«The Economist» almanların «paralel cəmiyyətlər» sarıdan çoxdan narahat olduğunu vurğulayır. Almaniyalı türklərin ikinci və üçüncü nəsillərinin 75 faizi digər almanlarla daimi əlaqə saxlayır. Birinci nəsil türklərin yarıdan da azının belə kontaktları vardı. Birinci nəsil hələ də Almaniyanın türk əhalisinin 50%-ə qədərini təşkil edir. Rəy sorğuları bu türklərin, əvvəlki nəsillərdən fərqli olaraq, daha az mühafizəkar olduğunu, məscidə daha az getdiyini üzə çıxarıb.

Almaniyanın türk əhalisini öyrənən sosioloq Detlef Pollack-ın fikrincə, Erdoğan-a dəstək demokratiyanın rədd olunması deyil, boyun əyməmə və ola da bilsin, incikliyi sərgiləyir.

***Buna da bax-Almaniya liderləri Erdoğan-ın seçkiyə müdaxilə cəhdini kəskin tənqid etdilər

«Bu səsvermənin mesajı odur ki, bizi ciddiyə alın. Biz demokratıq, ancaq sizin şərtlərlə deyil», – o deyib.

Amma xeyli problemin də qaldığı vurğulanır. Essendə mənzillənən Türk Araşdırmaları Fondunun sorğuları üzə çıxarıb ki, Şimali Reyn-Vestfaliyadakı türklər getdikcə Türkiyəni daha çox «evləri» sayırlar. Eyni şeyi Almaniya üçün söyləyənlər daha azdır. Berlin Əhali və İnkişaf Fondundan Reiner Klingholz ictimai -iqtisadi indikatorlar sırasında bir neçəsini sadalayır: Almaniyadakı miqrant qruplar içində türklər arasında məktəbə getməyənlər daha çoxdur; universitet təhsili alanlar da azdır; qadınların 50 faizi isə evdə oturur. Qızlar arasında bu göstərici isə yavaş da olsa, tədricən azalır.

Məqalədə vurğulanır ki, Avropa ölkələri təkcə türklərin Erdoğan-a dəstəyindən deyil, Türkiyədən bəzi patologiyaların idxalından da narahatdır. Ötən ilin iyulunda çevriliş cəhdindən sonra Gülen-ə rəğbət bəsləməkdə şübhəli bilinən türk-alman şirkətləri boykot olunub, rəhbərləri təqibə məruz qalıb. Almaniyadakı türklərdən siyasət barədə soruşanda, səslərinin tonunu aşağı salırlar. Siyasətşünaslar isə türkiyəli müsahib tapmaqda çətinlik çəkdiklərini deyirlər.

«Adamlar getdikcə bir-birinin gözünün içinə baxa bilmirlər», – Kölndən kürd fəal Cahit Başar vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG