Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

'Türkiyənin davranışı qəbuledilməzdir' - Berlin


Peter Altmaier

Türkiyənin davranışı «qəbuledilməzdir», Almaniya öz vətəndaşlarını və şirkətlərini qorumağa borcludur, ancaq Ankarayla da güclü münasibətləri saxlamaq istəyir. Almaniya kansleri Angela Merkel-in işlər idarəsinin rəhbəri bazar günü deyib.

İki həftə öncə Türkiyə biri alman olmaqla, altı insan haqları fəalını saxlayıb, bundan sonra NATO müttəfiqləri arasında münasibətlər pisləşib.

«QƏBULEDİLMƏZ DAVRANIŞ»

«Bu böyük və vacib ölkəylə yaxşı münasibətlər istəyirik, ancaq bu, yalnız Türkiyə hüququn aliliyinə hörmət qoyan ölkə kimi qalarsa, mümkündür», – «Reuters» informasiya agentliyi yazır ki, Peter Altmaier «Bild am Sonntag» qəzetinə belə deyib.

***Buna da bax-Türkiyə ilə Almaniya söz savaşına başlayıb

Ankara alman parlamentarilərə Türkiyədəki bazada əsgərlərə baş çəkməyə də icazə verməyib. Həm bu, həm almanların saxlanması, həm də Erdoğan-ın Almaniyayla bağlı son bəyanatları haqda sualı Altmaier belə cavablandırıb ki, «Türkiyənin davranışı qəbuledilməzdir».

Türk-alman jurnalistin həbsi, Türkiyədəki bazadan alman əsgərlərin çıxarılmasından sonra iki ölkənin münasibətləri onsuz da gərgin idi.

Altmaier deyib ki, Berlin alman insan haqları fəalı Peter Steudtner və jurnalist Deniz Yücel-in azad olunmasını istəyir, çünki onların həbsinə heç bir səbəb görmür. Onun sözlərinə görə, hökumət həmin şəxsləri konsulluq xidmətiylə təmin etməyə, Türkiyə hökuməti, Erdoğan-la danışmağa çalışır.

R.T.Erdoğan və A.Merkel
R.T.Erdoğan və A.Merkel

LAYİHƏLƏRƏ MÜRACİƏTLƏRƏ BAXILIR

Alman hökuməti Türkiyədə baş verənləri yaxından izləyir və lazım gələrsə, sanksiyalarla bağlı qərar verəcək, - o söyləyib.

Almaniya son günlər Türkiyəyə təzyiqi artırıb, bu ölkəyə alman yatırımını əngəlləyə biləcək tədbirlərlə hədələyib, bildirib ki, Türkiyənin silah layihələrinə müraciətlərini nəzərdən keçirir.

***Buna da bax-Almaniya İncirlik bazasından çıxmağa başladı,amma..

Şənbə günü isə Almaniyanın xarici işlər naziri Sigmar Gabriel «Bild» qəzetinə məktubunda Almaniyadakı 3 milyonluq türkü inandırmağa çalışıb ki, Türkiyəylə bağlı siyasətdəki dəyişiklikləri onları hədəfləmir.

Almaniya prezidenti Frank-Walter Steinmeier ZDF televiziyasına bildirib ki, bu ölkədəki türk diasporu Ankarayla münasibətlərin «çox vacib» olduğunu göstərir və illər boyunca qurulmuş körpülərin dağılmasından ən çox onlar əziyyət çəkirlər.

76 FAİZ DÜŞÜNÜR Kİ...

Avropa Parlamentində mühafizəkar bloka rəhbərlik edən Manfred Weber «Der Tagesspiegel» qəzetinə deyib ki, Türkiyə Avropa Birliyindən və onun dəyərlərindən uzaqlaşır: «Lap əvvəldən illüziya olan üzvlük danışıqları tamamilə dayandırılmalıdır».

«Bild am Sonntag» qəzeti üçün keçirilmiş sorğu isə almanların çoxunun Berlinin Türkiyə siyasətindən məmnun olmadığını üzə çıxarıb. Rəyi soruşulanların 76 faizi deyib ki, hökumət özünü Erdoğan-dan müdafiə etmir, 12 faizsə bununla razılaşmayıb.

Berlin Türkiyəyə səyahət edən vətəndaşlarına xəbərdarlıq edib ki, özlərinə riskə atırlar. Bazar günü açıqlanmış sorğu onu da üzə çıxarıb ki, almanların 49 faizi daha Türkiyəyə tətilə gedə bilməyəcəyini düşünür. 44 faizsə düşünür ki, gedə bilər.

Almaniya Ticarət Palatasında (DIHK) xarici ticarət rəhbəri «Welt am Sonntag» qəzetinə deyib ki, ikitərəfli münasibətlərdə gərginlik alman şirkətləri üçün qeyri-müəyyənlik yaradır və ticarətin həcmini 2 milyard avroyadək (2.3 milyard dollar) azalda bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG